Allah rəhmət eləsin » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Allah rəhmət eləsin

    Allah rəhmət eləsin

     

    Kamal Allahverən oğlu Tarverdiyev

    Masallı rayonunun pedaqoji ictimaiyyətinə itki üz vermişdir. Humanist insan, gözəl pedaqoq, dövlətçiliyimizə sədaqətli, nümunəvi ailə başçısı Kamal Allahverən oğlu Tarverdiyev 66 yaşında vəfat etmişdir.

    Kamal Allahverən oğlu Tarverdiyev 13 iyul 1957-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur. 1974-cü ildə rayonun Böyük Kolatan kənd tam orta məktəbini,1979-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. Təyinatla Masallı rayonuna göndərilən K.Tarverdiyev  1979-2001-ci illərdə Sığdaş kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 2001-2010-cu illərdə həmin məktəbdə direktor vəzifəsində  fəaliyyət göstərmişdir. 2010-cu ildən Masallı Rayon Təhsil Şöbəsində müqavilə ilə, 2011-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirtdiyi test imtahanından və müsahibə mərhələsindən uğurla keçərək 2012-ci ilin dekabr ayından daimi Dövlət Qulluğuna qəbul edilmiş və 18 may 2022-ci ilədək  Masallı rayon Təhsil Şöbəsində böyük məsləhətçi işləmişdir. 19 may 2022-ci il tarixdən ömrünün sonuncan Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə Təhsil Sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyirdi.

    Çalışdığı illər ərzində Kamal Tarverdiyev özünü qabaqcıl müəllim, təcrübəli məktəbşünas, yüksək təşkilatçılıq bacarığına malik idarəedici dövlət qulluqçusu kimi göstərmişdir. O,təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması, ümumi orta təhsilin təşkili və idarə olunmasının təkmilləşdirilməsi istiqamətində təhlillərin aparılması, tədris müəssisələrinin metodik təminatı maddi- texniki bazası ilə ehtiyacların müəyyən ediməsi və təkliflərin verilməsi baxımından zəngin təcrübəyə malik idi.
    K.Tarverdiyev yaradıcı ziyalı idi. Azərbaycan müəllimlərinin XV qurultayına nümayəndə seçilmişdi. O, rayonun ictimai işlərində fəal iştirak edirdi. Masallı rayonu üzrə  Təhsil Sektorunun yanında Təhsil Şurasının üzvü kimi Şura iclaslarındakı müzakirələrdə məzmunlu çıxışları, dəyərli təklif və məsləhətləri ilə qoyulan məsələlətin həllinə töhfələr verirdi.

    K.Tarverdiyev  1979-cu ildə idmanın sərbəst güləş növü üzrə ustalığa namizəd normasını ödəmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimai peşələr fakultəsinin “İdmanın sərbəst güləş” şöbəsinin bitirərək “məşqçi” ixtisası almışdı.
    O, 2001-2010-cu illərdə YAP Sığdaş kənd ərazisi üzrə ilk partiya təşkilatının sədri olmuşdur.
    K.Tarverdiyev  həm də  gözəl ailə başçısı, 4 övlad atası idi.

    Onun təhsil sahəsindəki  xidmətləri  dövlət tərəfindən yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı rayon təşkilatının, Masallı rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə, eləcə də 1986-cı ildə Azərbaycan SSR “Xalq Maarifi  Əlaçısı” döş nişanı ilə təltif edilmişdir.

    Gözəl insan, təcrübəli pedaqoq, vətənpərvər ziyalı Kamal Tarverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ