Главная > Maraqlı > Masallıda cinayət əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb
Masallıda cinayət əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb18-12-2023, 23:00. Разместил: admin44 |
Masallıda istirahət mərkəzində bıçaqlanma olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 15-də Masallı rayonu ərazisindəki istirahət mərkəzlərinin birinin ərazisindən rayon sakini A.Ağayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş Rabil Nurullayev Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. "Yeni həyat" qəzeti, www.yeniheyet.az
Вернуться назад |