Qocaman müəllimə Azərbaycan Ağsaqqalar Şurasının Fəxri fərmanı təqdim edilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qocaman müəllimə Azərbaycan Ağsaqqalar Şurasının Fəxri fərmanı təqdim edilib

    Qocaman müəllimə Azərbaycan Ağsaqqalar Şurasının Fəxri fərmanı təqdim edilib



    Masallıda bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən Möhübbət Nurullayevin 85 illik yubileyi münasibətilə respublika Ağsaqqalar Şurasının ona ünvanlanan Fəxri fərmanın təqdimatı keçirilib.

    Ağsaqqalar klubunda keçirilən tədbirdə  Masallı rayon Ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev söhbət açaraq bildirib ki, Möhübbət Nurullayev 10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıdıb. Həmin ildən taleyini məktəbə bağlayıb. 1965-1970-ci illərdə Mollaoba kənd 8 illik məktəbində, 1970-1976-cı illərdə Bədəlan kənd orta məktəbində, 1976-2011-ci illərdə Faiq Şükürov adına Lürən kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar.
    Yubiley tədbirində iştirak edən qabaqcıl təhsil işçiləri, rayon və kənd ziyalıları, ağsaqqallar, jurnalistlər əvvəlcə tanınmış pedaqoq Möhübbət Nurullayevin həyat və fəaliyyətindən bəhs edərək onu təbrik ediblər.

    Sonra ağsaqqal Balakərim Yaqubov, Mərkəzi Kitabxananın müdiri Zamin Məmmədov ağsaqqallardan Mirəyyub Əliyev, Lürən kəndindən olan şəhid Faiq Şükürovun qardaşı Mübariz Şükürov, Fəxrəddin Talıbzadə, sinif yoldaşı, Kosakül kənd sakini Asəf İbadov və başqaları yubilyarın qabaqcıl fizika – riyaziyyat müəllimi kimi rayonda təhsilin inkişafına verdiyi töhfələrdən danışıb, zəngin pedaqoji fəaliyyətindən söz açıb, ona xoş arzularını çatdırıblar. Natiqlər bildiriblər ki, nüfuzlu ağsaqqal, təcrübəli pedaqoq Möhübbət Nurullayevin həyatı gənclərimiz üçün əsl örnəkdir.

    Yubilyar və övladlaı tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.

    Ailəsi adından böyük oğlu, ali təhsilli hüquqşünas Tariyel Nurullayev danışıb, tədbirin təşkilatçılarına, şəxsən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova minnətdarlıq   ifadə edib.

    Tədbirdə Möhübbət Nurullayevə səmərəli ictimai, pedoqoji fəaliyyətinə görə və 85 illik yubileyi münasibətilə Azəırbaycan Ağsaqqalar Şurasının İdarə Heyətinin qərarı ilə Fəxri fərmanı və məktubu təqdim edilib.






















    İbrahim ŞÜKÜROV,
    Masallı rayon Ağsaqqalar Şurasının mətbuat katibi,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    2. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    3. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    4. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    5. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    6. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    7. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    8. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    9. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    10. 11:41 Mənalı ömrün işığında
    11. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    13. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    14. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    16. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    17. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    18. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    19. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    21. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    22. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    23. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    24. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    25. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    26. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    27. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    28. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    29. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    30. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    31. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    32. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    34. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    35. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    36. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    37. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    38. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    39. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    40. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ