Masallıda “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar - müşavirə » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar - müşavirə

    Masallıda “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar - müşavirə

           
    28 iyun 2024-cü il tarixində Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Statistika İdarəsinin akt zalında “Gender üzrə statistik göstəricilər” mövzusunda seminar - müşavirə keçirilmişdir. Seminar-müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, ərazilər üzrə icra nümayəndələri və tələbələr iştirak etmişdir.
           
    Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə müşavirə iştirakçılarını salamlamış və Rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədova tədbirin keçirilməsində göstərdiyi dəstəyinə görə dərin minnətdarlığını bildirmişdir. İdarə rəisi ümumi demoqrafik göstəricilərin müqayisəli təhlili, doğulanların qız və oğlan uşaqları üzrə bölgüsü, nikah və boşanmalar, əmək bazarının, təhsil, səhiyyə və hüquqpozmalar üzrə statistik göstəricilərin yaş və cins bölgüsü haqqında seminar iştirakçılarına məlumatlar təqdim etmişdir. Oğlan uşaqlarının qız uşaqlarından daha çox doğulmasının səbəbləri, nikahların azalması, boşanmaların çoxalması, süni abortların əhali artımına təsiri imkanları mövzusunda elmi-statistik araşdırmanın nəticəsi ilə bağlı məlumatları seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
           
    Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aybəniz Novruzova çıxış edərək müvafiq komissiyanın rayonda təşkilinin və fəaliyyətinin hüquqi əsasları ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır. Əsasən erkən nikahların qarşısının alınması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən görülən tədbirlərin nəticələri ilə bağlı məlumatları təqdim etmişdir.
           
    Seminar-müşavirədə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qadınların sosial-iqtisadi sferada rolunun əhəmiyyətindən bəhs etmiş və gələcəkdə ölkədə gender bərabərliyinin təmin olunmasının önəmini vurğulamışdır.
           
    Daha sonra Masallı 1 saylı Mediasiya Təşkilatının rəhbəri Xanhüseyn Səmədov çıxış edərək Mediasiya təşkilatının fəaliyyətindən və cəmiyyətdə onun əhəmiyyətindən bəhs etmiş, gələcəkdə ailə münaqişələri və əmək münasibətləri zəmnində yaranacaq problemlər ilə əlaqədar təşkilata müraciət edə biləcəklərini seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
           
    Viləş körpələr evi uşaq bağçasının direktoru Şəfa Allahverdiya isə gender bərabərliyinin təbliğ olunması, gender əsaslı zorakılığın  qarşısının alınması və qadınların əmək bazarında səlahiyyətlərinin artırılması mövzularında çıxış etmişdir.
           
    Sonda “Gender üzrə statistik göstəricilər” mövzusunda geniş diskursiya aparılmış və seminar-müşavirə iştirakçılarının sualları cavablandırılmışdır.







    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    2. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    3. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    4. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    5. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    6. 11:41 Mənalı ömrün işığında
    7. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    9. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    10. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    11. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    12. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    13. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    15. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    16. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    17. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    18. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    19. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    20. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    21. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    22. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    23. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    24. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    25. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    27. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    28. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    30. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    32. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    33. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    34. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    35. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    36. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    37. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    38. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    39. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    40. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ