Unudulmaz Nüsrət Kəsəmənli... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Unudulmaz Nüsrət Kəsəmənli...

    Unudulmaz Nüsrət Kəsəmənli...


    Azərbaycan ədəbiyyatında yaradıcılığı ilə yanaşı, şəxsi həyatı ilə də oxucularının yaddaşında qalan Nüsrət Kəsəmənli... Şairin keçdiyi yol maraqlı və mürəkkəb süjetli bədii əsər ilə müqayisə edilə bilər. Bu əsərin bir hissəsini, bəzi süjetlərini taleyin gözəgörünməz əlləri yazmışdı. Bir hissəsi isə onun öz "yaradıcılığının" məhsulu idi. O, şeirlərində həyatı "nağıl dilinə" çevirməyə çalışır, yaşadıqlarını "Biri vardı, biri yox" prizmasından yanaşırdı. Nüsrət Kəsəmənli "nağıl"larında olub-olmuşları və olacaqları danışırdı. "Daha nağıllara inanmıram" desə də, ömrünü nağıl kimi danışırdı... Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, köhnə sevgilisi toyuna gəldi...

    Ağstafa rayonunda anadan olan şairin uşaqlıq illəri çox ağır keçib. Hələ körpə olanda valideynləri ayrılıb. Atası və anası yenidən başqası ilə ailə qurub. Nüsrət ata nənəsinin himayəsində böyüyüb. Kasıblıq, ağır şərait, qayğı, ehtiyac onun həyat və tərbiyəsinə təsirsiz ötüşmür. Balaca vaxtından ailəyə maddi kömək göstərmək üçün işləmək məcburiyyətində qaldığından təhsildən uzaqlaşır. Günü vağzalda, küçədə qarmon çalıb pul qazanmaqla keçir, stansiyada qatarlarda xırda alver edir. Günlərin birində qatarda bir qadın ac bilib ona çörək verir. Bir müddət sonra isə həmin qadın Nüsrəti görmək istəyir. Onlar görüşərkən qadın huşunu itirib yıxılır. Məlum olur ki, qatarda Nüsrətə çörək verən qadın onun doğma anası imiş.

    Yeddinci sinifdən sonra məktəbdən uzaqlaşıb. Gününün böyük hissəsi küçələrdə, vağzallarda keçdiyindən tez-tez dava edirmiş. Hətta bu davaların axırı bıçaqlanmaya qədər gedib çıxıb. Nəhayət, günün birində iradəsini toplayıb özündən üç yaş kiçik uşaqlarla yenidən təhsilini davam etdirib.

    Deyilənlərə görə, Nüsrət Kəsəmənli Sevda adlı qızı sevib, şeirlərinin çoxunu da ona həsr edib. Onlar universitet illərində tanış olublar. Varlı və ziyalı ailənin qızı olan Sevda çox dözümsüz, qısqanc qadın olub. Sonralar Sevda Nüsrət haqqında bu sözləri deyib: "Mən Nüsrətlə ailə qursaydım, xoşbəxt olmayacaqdım. Bir tərəfdən istədiyimə nail olacaqdım, ikinci bir tərəfdən Nüsrəti kəşf etdikcə, öyrəndikcə, onunla rahat yaşaya bilməyəcəkdim". Universitet illərində Sevdaya hər kəs Nüsrətin Sevdası deyirmiş. Lakin onlar bir-birlərini nə qədər böyük məhəbbətlə sevsələr də, qovuşa bilməyiblər. Deyilənlərə görə, Nüsrətə sevdiyi qızı evi olmadığı üçün verməyiblər. Amma taleyin işinə baxın ki, şair sonralar Sevdanın yaşadığı binadan ev alıb və bu evi həyat yoldaşına hədiyyə edib.

    Gələcək həyat yoldaşı Rəhilə xanımla universitetdə təsadüfən qarşılaşıb. Rəhilə xanım laborant işləyirmiş. Çox ciddi qadın olduğundan şair ona yaxınlaşmağa cürət etməyib. Bir şeir yazıb və dostundan xahiş edib ki, həmin şeiri makinada yazmaq üçün xoşladığı xanıma versin. Rəhilə xanım şeiri makinada yazıb və çox bəyəndiyindən bir nüsxəsini də özündə saxlayıb. Sonra elə həmin o dostu onları tanış edib və deyib ki, makinada yazıb bəyəndiyin şeirin müəllifi bu oğlandır. Beləcə, aralarında münasibət yaranıb, amma Rəhilə xanımın anası gələn elçiləri geri qaytarıb, deyib mən şairə qız verən deyiləm. Şairlər hərdəmxəyal olur. Söhbət rəhmətlik Nəsir İmanquliyevə çatıb. Nəsir müəllim elçi gedəndən sonra qızın anası razılıq verib. Nüsrətin toyunu da elə Nəsir müəllim edib. Ümumiyyətlə, Nəsir müəllimin Nüsrət Kəsəmənlinin həyatında çox böyük rolu olduğu deyilir. Nüsrət Kəsəmənli universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib və hələ havalar xoş olduğundan gecələr Sabir bağında skamyada yatırmış. Bir gün polis onu avara, tüfeyli biri kimi tutub bölməyə aparmaq istəyib. Lakin onun tələbə olduğunu, jurnalistikada oxuduğunu öyrəndikdən sonra Nəsir İmanquliyevin yanına aparıb. Məsələnin təfsilatını öyrənən Nəsir müəllim Nüsrətə yataqxanada yer düzəldib, onu "Bakı" ("Baku") axşam qəzetlərində işə götürüb. Sonralar şairin ev almasına da köməklik edib.

    Nüsrət Kəsəmənli Rəhilə xanıma özünün böyük sevgisi barədə danışıb. Onların toy günündə Sevda "Səadət sarayı"nın qarşısına gəlib, amma içəri keçməyib. Nüsrət Sevdanı görsə də, həmin an bu haqda həyat yoldaşına heç nə deyə bilməyib. Yalnız toydan sonra bu barədə ona danışıb.

    Sonralar Sevda da ailə həyatı qurur. Bu xəbəri eşidən şair Sevda üçün "Dünən toyun idi" şeirini yazır. Lakin Sevda ailə qursa da, xoşbəxt olmur. İlk sevgisini itirdiyinə görə bir yerdə qərar tuta bilmir. Yoldaşından ayrılır. Bir müddət sonra isə çox ağır xəstəliyə tutulur və vəfat edir. Bu barədə xəbəri isə şairə onun həyat yoldaşı deyir.

    Həddindən artıq ailəcanlı və qısqanc adam olan şairə bir dəfə gözəllik yarışmasında kimsə deyir ki, sizin qızınız olsa, onun səhnəyə çıxmasını istərdinizmi? Nüsrət müəllim hirslənib adamın üstünə gedir və onu vurur. Efiri yarıda kəsib, onu sakitləşdirməli olurlar.

    Şair uzun müddət böyrəklərində yaranan problemlərdən əziyyət çəkib. Müalicə olunmaq üçün onu Təbrizə aparırlar. Altı ay orada müalicə alır, vəziyyəti yaxşılaşmağa doğru gedir. Lakin bir müddət sonra atdığı dərmanların təsirindən mədəsində problem yaranır, daxili qanaxma başlayır və Nüsrət Kəsəmənli 57 yaşında Təbrizdə vəfat edir. Onun ölümünü iki gün həyat yoldaşından gizlədirlər. Rəhilə xanım Bakıya gedən maşında məxmərə bükülmüş tabutu görəndə həyat yoldaşının vəfat etdiyini bilir. İnsanlar uzun müddət onun ölümünün müəmmalı olduğunu düşünür. O cür qamətli, sağlam insanın ölümünə inanmırlar...


    :                                                                                                                                                         Hazırladı.                              
     Elenora HƏSƏNOVA,
    "Respublika".
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:30 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
    2. 08:18 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür
    3. 13:31 Əbədiyyət Parçası: Zəfərdən Zirvəyə Aparan Mübarizə Ruhu
    4. 13:27 Bayraq – xalqın ruhu, millətin nəfəsi
    5. 16:36 Şəhid Röyad Məmmədovun şəhadətinin 5-ci ildönümü anıldı
    6. 16:35 Masallıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası 
    7. 16:25 Masallıda “Şanlı və Qürurlu Zəfər Günü” adlı konfrans
    8. 15:34 Ədliyyə naziri Fərid Əhmədov Masallıda vətəndaşları qəbul etdi
    9. 15:27 Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
    10. 15:23 Rayon rəhbəri Viləş kəndində şəhid abidələrini ziyarət etdi 07.11.2025
    11. 15:18 Rayon rəhbəri Viləş kəndində şəhid məzarlarını ziyarət etdi 07.11.2025
    12. 14:26 Masallı Rayon Statistika İdarəsində  Zəfər Gününün 5-ci ildönümü qeyd edildi
    13. 14:20 Şəhid Vüsal Məhərrəmovun şəhadətinin 5-ci ildönümü anıldı
    14. 14:19 Ərkivan qəsəbəsində  evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirilib
    15. 14:13 Xanalıyan kəndinin mərkəzi yolu cari təmir edilmişdir
    16. 13:42 Məmmədoba kəndində şəhid Füzuli Əliyevin ailəsinin yaşadığı küçəyə asfalt örtüyü döşənmişdir
    17. 13:40 Rayon rəhbəri Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirib
    18. 13:37 Rayon rəhbəri Tüklə kəndində şəhid məzarlarını ziyarət etdi
    19. 13:21 Rayon rəhbəri Tüklə kəndində şəhid abidə kompleksini ziyarət etdi
    20. 13:11 Rayon rəhbəri Mahmudavar kəndində yola baxış keçirib
    21. 13:07 Azərbaycan Prezidentinə yazırlar
    22. 18:37 Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    23. 18:34 Masallıda mülki müdafiənin təşkili barədə tədbir
    24. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    25. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    27. 12:10 YENİ KİTABLAR         
    28. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    29. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    30. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    31. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    32. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    33. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    34. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    35. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    36. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    37. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    38. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    39. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    40. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ