Ürəklərdə yaşayan yazıçı-jurnalist » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ürəklərdə yaşayan yazıçı-jurnalist

    Ürəklərdə yaşayan yazıçı-jurnalist


    Şamil Fərzəliyev – 90

    Tanınmış yazıçı-jurnalist, unudulmaz media təşkilatçısı Şamil Fərzəliyev (Şamil Xurşud) həyatdan vaxtsız getsə də, ədəbi-mədəni aləmdə silinməz izlər qoyub. Onun çoxşaxəli bədii-publisistik irsi ədəbiyyatımızda və jurnalisistikamızda özünəməxsusluğu ilə seçilib və əks etdirdiyi dövrün canlı salnaməsi kimi bu gün də tarixi-estetik önəmini qoruyub saxlayır.

    Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Ağudi kəndindən olan Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olmuşdu. Ötən əsrin 50-ci illərində Bakı Dövlət Universitetin­də jurnalistika təhsili aldığı illərdən bə­dii-publisistik yaradıcılığa başlayan gənc qələm sahibinin qəzet-jurnallarda çap olunan müxtəlif janrlı yazıları, televiziya və radio səhnəcikləri onu istedadlı müəllif kimi tanıtmışdı. Ali təhsildən sonra Mos­kva İctimai Elmlər Akademiyasını da bi­tirən Şamil müəllim Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışsa da, onun yazıb-yaratmaq həvəsi qarşı­sında açılmış ictimai-siyasi karyera yük­səlişinə üstün gəlmişdi.

    1972-ci ildə ölkənin populyar “Azər­baycan gəncləri” qəzetinin baş redakto­ru vəzifəsinə təyin olunan yazıçı-jurnalist yaradıcılıqla daha ciddi məşğul olmağa başlamış, bir sıra sənədli-bədii əsərlər ərsəyə gətirmişdi. Təçrübəli media təşki­latçısı 1980-ci ildə Azərbaycanda “Molla Nəsrəddin” ənənələrini davam etdirən “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilmiş və 6 il bu nüfuzlu nəşrə bacarıqla rəhbərlik etmişdi. O illər­də yeni kitabları nəşr olunmuş, pyesləri səhnələşdirilmişdi. Amansız xəstəliyin 52 yaşında, yaradıcılığının çiçəklənən vaxtında istedadlı qələm sahibini həyat­dan aparması jurnalistika və ədəbiyyatı­mızın da ağır itkisi olmuşdu.

    O zaman oğlanları – Araz 9-cu sinif­də oxuyurdu, Azər hərbi xidmətdə idi. Qızları Həqiqət və Sədaqət təzə ailə həyatı qurmuşdular. Nəvələri Xəzərlə Orxan hələ yenicə “baba” deməyə baş­lamışdılar. Azərin ailə həyatı qurmağını, Arazın Bakı Dövlət Universitetinin jurna­listika fakültəsini bitirməyini, Həqiqətin oğlu Oqtayın, qızı Nigarın, Sədaqətin oğlu Cavidin, qızı Nərgizin, Azərin oğ­lanları Şamil və Cavadın, qızı Səminin, Arazın qızları Nuray və Fidanın dünya­ya gəlməyini görmək isə Şamil müəllimə qismət olmsa da, onun nakam ruhunu sevindirib, nəslinin davamına sevindirici töhfələr olub. Adı, imzası isə professio­nal jurnalistikamızda və milli ədəbiyya­tımızda unudulmaz yazarların sırasında yer alıb.

    Ötən əsrin 70–80-ci illərində ölkəmi­zin ən oxunaqlı qəzetlərindən biri olan “Azərbaycan gəncləri”nin baş redaktoru olması yaşlı nəslin yaddaşında parlaq izlər qoyub. Qəzetin sovet dövrünün mətbu nəşrləri arasında öz mövzuları, dəst-xətti ilə seçilməsi xeyli dərəcədə onun təşəbbüskar, sabitqədəm media rəhbəri olması ilə bağlı idi. Şamil Fərzə­liyev “Kirpi” jurnalına baş redaktorluğu dövründə bu nəşr cəmiyyətdə baş verən neqativ hallara, əliəyriliyə, rüşvətxorluğa və bürokratiyaya qarşı ən fəal mübarizə aparan mətbu orqan kimi daha da popul­yarlaşıb.

    Vaxtilə bir yerdə çalışdığı həmkarla­rından biri öz xatirələrində onu “oxucu­larını insanlığa, Vətənə, torpağa məhəb­bətə və bağlılığa çağıran redaktor”, başqa biri “əqidəli, yüksək mənəviyyatlı və fəal vətəndaş mövqeyi olan ziyalı”, di­gəri isə “vicdanlı, zəhmətkeş insan, de­mokratik ruhlu qəzet rəhbəri” adlandırıb. Onun barəsində bir yerdə işlədiyi həm­karlarından Şahin Quliyev, Tofiq Mütəlli­bov, Mürşüd Dadaşov, Piri Məmmədov, Möhbəddin Səməd, Abdül Qəni, Şakir Yaqubov, Elçin Mehrəliyev yüksək sevgi və ehtiramla söz açıblar.

    Ötən əsrin 60-cı illər ədəbi nəslinə mənsub olan istedadlı jurnalist və qə­zet redaktorunun ədəbi yaradıcılığı çox maraqlı və rəngarəng idi. Şamil Xurşud qələmə aldığı obrazların fərdi xüsusiyyət­lərini, psixoloji aləmini açmağı, təsvir etdi­yi hadisələrin mahiyyətini bitkin ifadələrlə dolğun və canlı çatdırmağı sevirdi. Yazıçı və şairlərdən Əli Vəliyev, Məmməd Araz, Qulu Xəlilov, Nəbi Xəzri, Cəmil Əlibə­yov, Qəşəm Aslanov, Yusif Kərimov, Va­hid Əziz, Rəfiq Zəka, Xalid Əlimirzəyev, Şahmar Əkbərzadə, Əmir Mustafayev, İsmayıl Qarayev, Qədir İsmayılov, Flora Xəlilzadə Şamil Fərzəliyevin yaradıcılığı və şəxsiyyəti barədə mötəbər fikirlər söy­ləyiblər.

    Şamil Xurşudun “Sizi unutma­ram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Sakitlik ol­mayacaq” kitabları çox böyük maraqla oxunurdu. O, həm də incə zövqlü, ha­disələri inandırıcı, əhatəli təhlil edən, şərh verən dramaturq idi. “Sən tək deyil­sən”, “Məhəbbət novellası”, “Yaz yağışı”, “Qvardiya, irəli”, “Sevinc”, “Yol ayrıcında”, Mirzə Şəfi Vazehin həyatına həsr etdiyi “Bəxtiyar deyil” səhnə əsərləri və televi­ziya tamaşaları bədii məzmunu, milli ko­loriti və üslubu ilə tamaşaçıların rəğbətini qazanmışdı.

    İstər jurnalist, istər yazıçı, istərsə də dramaturq kimi Şamil müəllimin qısa öm­ründə qoyduğu izləri, unudulmaz xatirələ­ri saymaqla qurtarmaz. Bütün bunlarla yanaşı, Şamil Fərzəliyev gözəl və alicə­nab insan, hamıya xeyirxahlıq, kömək etməyə, yardım əli uzatmağa hazır olan genişqəlbli insan idi. Onu tanıyan hər kəsin qəlbi sağlığında ürəklərdə özünə heykəl qoyduran istedadlı yazıçı-jurnalis­tin barəsində ən xoş və məhrəm sözlərlə dolu idi. Övladlarına təmizlik, saflıq, xe­yirxahlıq kimi nəcib keyfiyyətlər aşılayan Şamil müəllimin öz həyatı da hekayə kimi maraqlı və unudulmaz idi.

    Təkcə yaradıcılığı, əsərləri, səmimiy­yəti deyil, Şamil Fərzəliyevin ailə müna­sibətləri, övladlarına və doğulduğu torpa­ğa olan sevgisi də bir örnək idi. O, vəfat edəndə dəfn üçün Bakıda İkinci Fəxri xi­yabanda yer ayrılsa da, onu öz arzusuna uyğun olaraq Ucardakı Qarabörk məzar­lığında torpağa tapşırıblar. Parlaq xatirəsi isə qədirbilən ürəklərdə yaşayır.




    Süleyman QARADAĞLI,
    AZƏRTAC




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    3. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    4. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    5. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    6. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    7. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    8. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    9. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    10. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    11. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    12. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    13. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    14. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    15. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    16. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    17. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    18. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    19. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    20. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    21. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    22. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    23. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    24. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    25. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    26. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    27. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    28. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    29. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    30. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    31. 09:07 Ərazi nümayəndəsinin tribunası
    32. 09:05 Allah rəhmət eləsin
    33. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    34. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    35. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    36. 13:52 Allah rəhmət eləsin
    37. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    38. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    39. 10:25 Bələdiyyə sədri
    40. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ