Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


20-08-2024, 10:38. Разместил: admin44


Hörmətli cənab Prezident.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Sizin tərəfinizdən müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır. Bu gün doğma Qarabağımızda həyata keçirilən bərpa-quruculuq işləri dövlətimizin necə də güclü olduğunu göstərir. Qısa müddət ərzində tikilən yaşayış binaları, vətəndaşlarımızın öz evlərinə qayıtması bizdə böyük qürur və fəxarət hissi oyadır.

Cənab Prezident, Sizin praqmatik addımlarınız sayəsində respublikamızda makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələndirilməsi uğurla təmin olunur, özəl sektorun inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Görülən işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

Sahibkarlar üçün yaradılan şəraitə görə Masallı rayonundan olan iş adamları adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,

İmaməliyev Elçin, gənc sahibkar.

Azərbaycan Respublikası,
шаблоны для dle 11.2
Вернуться назад