Главная > Maraqlı > Deyilən söz yadigardır
Deyilən söz yadigardır21-08-2024, 17:36. Разместил: admin44 |
POEZİYA BUKETİ Anla məni Yaz yağışı yazda olar, Mizrab hər an sazla olar. Gözəl qızlar nazlı olar, Gözəl yarım, günlə məni, Başa düşüb anla məni, İnanmasan danla məni. Qəm üzündən soluram mən, Xəyallara dalıram mən. Dərddən köz-köz oluram mən, Gəl yanmağa qoyma məni, Başa düşüb anla məni, İnanmasan danla məni. Səni sevib alışmışam, Öz bəxtimlə barışmışam. Gözləyirəm səhər – axşam, Sən vəfasız sanma məni, Başa düşüb anla məni, İnanmasan danla məni. Xeyrullanın nigarı sən, Gəl mən öpüm gözlərindən. Doymamışam sözlərindən. Öz yanınla apar məni, Başa düşüb anla məni, İnanmasan danla məni. ----------------------------------- Sənsiz Sənsiz bu dünyada gülə bilmədim, Sənsiz mənasızdır həyatım mənim. Keçən günlərimi bilə bilmədim, Sənsiz mənasızdır həyatım mənim. Sənsiz sızıldayar qəlbimin simi, Ürəyim sığdırmaz bu qədər qəmi. Bir kimsə tapmadan duya qəlbimi, Sənsiz mənasızdır həyatım mənim. Sözümdən incimə, incimə, gülüm, İstəsən, sevinci səninlə bölüm. Əzizim, izn ver, yanına gəlim, Sənsiz mənasızdır həyatım mənim. Xeyrulla ƏSGƏROV , Qızılağac kəndi, veteran tibb işçisi. Вернуться назад |