Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər

    Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər

             
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  Avqustun 19-da mətbuata bəyanatlarla çıxış ediblər.      Prezident İlham Əliyev çıcışında qonaqları bir daha səmimi-qəlbdən salamlayaraq Rusiya Federasiyasının Prezidentinin  Azərbaycanda dövlət səfərində olduğun qeyd etdi. Prezident bildirmişdir ki, bu səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
                 
    Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.

    2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
                   
    Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən.

    Biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.
                 
    Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.

    M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsini müzakirə etdik.
                   
    Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
    Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik.
               
    Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.
                   
    Bir daha deməliyəm ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutmuşuq. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığını qeyd etdik.





    Cabbarova Leyla,      
    Masallı Gənclər Evi
    Masallı rayonu, Qasımlı kəndi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ