Главная > Maraqlı > Şəhid Amid Salayevin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Amid Salayevin şəhadətinin 4-cü ildönümü anıldı


4-10-2024, 18:01. Разместил: admin44

04 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Sığdaş kəndində şəhid Salayev Amid Yadulla oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Amid Salayevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

   



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад