Şəhid İntiqam Abbasovun şəhadətinin 4-cü ildönümü anıldı
- 30-09-2024, 16:35
- Maraqlı
- 0
- 58
29 sentyabr 2024-cü il tarixində Masallı rayonunun Köçəkli kəndində şəhid Baş gizir Abbasov İntiqam Yavər oğlunun 4-cü ildönümü anılmışdır.
Şəhid İntiqam Abbasovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Masallı rayonunun Köcəkli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İntiqam Yavər oğlu Abbasov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medallari ilə təltif edilmişdir.