Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

    Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir


     

              
      Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq" – deyə dövlət başçısı bildirib. 

    Qürurla deyə bilərik ki, ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürmək­də davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradıl­masının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə eti­barlı təminat verir. Onu da deyim ki, Avropa və Asiya dəmir yolu şəbəkələ­rinin birləşdirilməsində önəmli rol oy­nayan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Res­publikamızın təşəbbüsü ilə inşa edilən bu dəmir yolu vasitəsilə bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xə­ritəsi yaradılıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə BTQ dəmir yo­lundan səmərəli istifadə edilib. Respubli­kamızın ərazisindən keçən yolların çox­şaxəli olması isə ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. 

    Şərq–Qərb nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu nəqliyyatı bu gün yüklərin Avropaya və əks istiqamətə daşınmasın­da böyük əhəmiyyətə malikdir. Bu polad magistralın fəaliyyəti nəticəsində yol bo­yunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı da İpək Yolu layihəsi çərçivəsində reallaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi kimi mühüm önəm daşıyır. Beynəlxalq yükdaşımaların inkişafı ilə bağlı həyata keçirilən layihələr dəniz nəqliyyatında da əlverişli şərait yaradıb. Cənab Prezident İlham Əliyevin ölkəmizin logistika sisteminin inkişafına diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq yükdaşıma­larda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdik­cə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alın­ması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidi­nin reallaşması ilə bağlıdır. 

    Bundan savayı, yükdaşımalarda qanunverici­liyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq dəhlizlərin ötürücülük imkanlarının artırılmasını təmin etmək məqsədilə daha böyük işlər həyata keçirilir.  XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı cənab Prezident bütün bunlarla yanaşı onu da deyib ki, “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

     

                      


    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    2. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    3. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    4. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    5. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    7. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    8. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    9. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    10. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    11. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    14. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    16. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    17. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    18. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    19. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    20. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    21. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    22. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    25. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    26. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    27. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    28. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    30. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    31. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    33. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    34. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    35. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    36. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    37. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    38. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    39. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    40. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ