Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir

    Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir

               
     Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.
    Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.
             
     Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.
               
     Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.
                   
    Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.
             
     Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.
    Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi.

    Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.





    Hörmət Məmmədli,                      
    Masallı rayonu, Binə  Xocavar kənd sakini 
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ