Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycanın ilk Milli Qəhrəmanlarından Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarını və ailəsini ziyarət edib.
Ziyarətdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla yanaşı, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi, bələdiyyə sədri və media təmsilçiləri iştirak ediblər.
Ziyarət zamanı qəhrəmanın məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra şəhidin ailəsi ziyarət edilərək onların qayğı və problemləri ilə maraqlanılıb.
Eyni zamanda Milli Qəhrəmanın atasının və yaxın qohumlarının məzarları da ziyarət olunub, onların əziz xatirəsi ehtiramla anılıb.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığlarını bildirmişlər.




































