Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
- Bu gün, 16:29
- Maraqlı
- 0
- 10
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Hişkədərə ərazisində nümayəndəlik tərəfindən I Qarabağ müharibəsi şəhidi Həşimov Natiq Canəli oğlunun doğum günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu.
Güllütəpə ərazisində şəhid məzarlarlı ziyarət olunmuşdur.
Mahmudavar ərazisinin Rüdəkənar kəndində nümayəndəlik tərəfindən şəhid ailələri və məzarları ziyarət edilmişdir.
Boradigah qəsəbəsində şəhid Paşayev Fərasət Qubad oğlunun məzarı doğum günü ilə əlaqədar nümayəndəlik və qəsəbə sakinlərinin iştirakı ilə ziyarət olunmuşdur.
Təklə ərazisində nümayəndəliki və bələdiyyə tərəfindən şəhid Firudin Dəmirov və şəhid Məmmədağa Bağırovun doğum günü ilə əlaqədar məzarları və ailələri ziyarət olunmuşdur.
Mahmudavar ərazi nümayəndəliyi tərəfindən şəhid ailələri ziyarət olunmuşdur.
Lürən ərazisində nümayəndəlik tərəfindən şəhid məzarları və şəhid ailələri ziyarət olunmuşdur.
Viləş kəndində şəhid Nurlan Əsgərlinin doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
Öncəqala ərazisində nümayəndəlik tərəfindən şəhid ailələri ziyarət olunmuşdur.
Xırmandalı ərazi nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi Cəbrayıl Qasımovun ailəsi ziyarət olunmuşdur.
Güllütəpə kəndində nümayəndəlik tərəfindən şəhid Şəmsəddin Təhməzovun ailəsi ziyarət olunmuşdur.
Musakücə kəndində nümayəndəlik tərəfindən şəhid məzarları ziyarət olunmuşdur.
Çaxırlı kəndində nümayəndəlik tərəfindən şəhid məzarları ziyarət olunmuşdur.
Şıxlar ərazi nümayəndəliyi tərəfindən şəhid məzarları ziyarət edilmişdir.
Tüklə kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev İlqar Hidayət oğlunun ailəsi nümayəndəlik tərəfindən ziyarət etmişlər.
Sərçuvar ərazi nümayəndəliyi tərəfindən Milli Qəhrəmanın anası evində ziyarət edilmişdir.
Hişkədərə kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həşimov Natiq Canəli oğlunun ailəsi nümayəndəlik tərəfindən ziyarət edilmişdir.






























