Azərbaycan Prezidentinə yazırlar
- 10-02-2026, 14:49
- Maraqlı
- 0
- 968
Möhtərəm cənab Prezident!Bütün Azərbaycan vətəndaşları kimi kəndimizin sakinləri də Sizin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmənizə görə ürəkdən sevinir.
Xalqımız beynəlxalq nüfuz göstəricisi olan bu ali mükafatın dəyərini çox yüksək tutur. Azərbaycanın rəhbəri kimi Sizə verilən bu mükafatı sülh uğrunda apardığınız qətiyyətli fəaliyyətinizə, qazandığınız nailiyyətlərə, 30 illik müharibəyə son qoymağınıza görə aldınız.
Sizin dünyaya və xalqlar arasında dostluğa, humanizmə çağırışlarınız insanlar tərəfindən yüksək dəyərləndirilir.
Fürsətdən istifadə edərək Masallı rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə də Sizə minnətdarlığımızı bildiririk. İndi rayonumuz kəndlərinin və qəsəbələrinin səliqəli və rahat yolları var, bütün sahələrdə inkişaf göz qabağındadır. İnanırıq ki, Sizin rəhbərliyinizlə rayonumuz daha da inkişaf edəcək və çiçəklənəcək.
Möhtərəm cənab Prezident, Sizə həyatda cansağlığı və dövlətimizin daha çox nüfuz qazanmasına və tanınması naminə həyata keçirdiyiniz məsuliyyətli və şərəfli işinizdə müvəfəqiyyətlər arzu edirik.
Allah Sizi, xalqımızı, ailənizi qorusun!
Hörmətlə,
Məmmədov Gülhəsən,
Nəzərov Yaşar,
Sadıqov Mirsadiq,
Ağayev Rüfət
Azərbaycan Respublikası, Masallı rayonu, Xıl kəndi.





























