10 noyabr 2020- ci il tarixli Üçtərəfli Bəyanat » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 10 noyabr 2020- ci il tarixli Üçtərəfli Bəyanat

    10 noyabr 2020- ci il tarixli Üçtərəfli Bəyanat


     

    2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyanat dövlətçilik tariximizdə qəbul edilmiş ən əhəmiyyətli sənədlərdən biridir. Bu, həmçinin Ermənistanın kapitulyasiya, Azərbaycanın qalibiyyətini özündə ehtiva edən sənəddir. Üçtərəfli Bəyanatla uzun illər davam edən münaqişəyə son qoyuldu, sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük Zəfərlə yekunlaşdı.

     Bu Bəyanat tərəflərin hərbi əməliyyatlara son qoyması ilə bərabər, çox önəmli məsələləri əks etdirir. Bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq Qələbənin danışıqlar masasında təsdiqidir. Bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik də öz əksini tapıb. Belə ki, Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrini çıxarmağa məcbur olub. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik Qələbə ilə sözügedən ərazilərini geri qaytarıb. Bu sənəd Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyondan çox məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin edib. Burada, həmçinin
    Bəyanatın önəmli müddəalarından biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Bu, çox tarixi, siyasi və hüquqi əhəmiyyətə malik müddəadır. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım, eyni zamanda, bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa, əslində, iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.

     Diqqət çəkən çox vacib məqamlardan biri Bəyanatda Qarabağın statusu ilə bağlı heç bir müddəanın olmamasıdır. Bildiyimiz kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilib. Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməyib. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra Müzəffər Ali Baş Kamandan İlham Əliyev status məsələsinin artıq tarixdə qaldığını elan edib. Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılıb. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli Bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması uzaqgörənliklə düşünülmüş siyasətin bariz nümunəsidir.
                
     Beləliklə,44 günlük Vətən müharibəsinin hərbi əməliyyatlarına son qoyan, hədsiz əhəmiyyətli və mühüm məsələləri özündə əks etdirən, bölgəmizdə sülhün, əmin-amanlığın, təhlükəsizliyin və gələcəkdə iqtisadi inkişafın təmin olunması üçün zəruri hüquqi çərçivəni müəyyən edən, çox böyük tarixi əhəmiyyətə malik birgə Bəyanat Prezident İlham Əliyevin növbəti parlaq diplomatik qələbəsi idi.

     

     

    Ziyafəddin Cavadov,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    2. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    3. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    4. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    5. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    6. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    7. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    8. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    9. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    10. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    11. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    13. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    14. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    15. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    16. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    17. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    18. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    19. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    20. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    21. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    22. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    23. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    25. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    26. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    27. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    28. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    29. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    30. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    31. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    32. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    33. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    34. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    35. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    36. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    37. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    38. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    39. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    40. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ