Azərbaycanın enerji siyasətinin prioritetini yaşıl enerjinin dünya bazarlarına nəqli təşkil edir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın enerji siyasətinin prioritetini yaşıl enerjinin dünya bazarlarına nəqli təşkil edir

    Azərbaycanın enerji siyasətinin prioritetini yaşıl enerjinin dünya bazarlarına nəqli təşkil edir


    Bakıdakı konfrans bizim dünyadakı yerimizi yenidən düşünmək üçün mühüm bir addım olmalıdır. Bu problemə hökumətlər, korporasiyalar və ətrafımızda olan hər kəs cəlb olunmalıdır, çünki bu, iqlim dəyişikliyi ilə nəticələnən böyük bir problemdir. Buna görə də biz burada olmalı və müasir dünyadakı yerimizi yenidən dərk etməliyik.

    Azərbaycan enerji imkanlarımızı və bu dünyanı necə dəstəklədiyimizi yenidən nəzərdən keçirən aparıcı ölkələrdən biri olmalıdır.

    Bakı COP-u bu baxımdan əhəmiyyətli rola malikdir. Paris sazişinin dövlətlər tərəfindən müəyyənləşdirilməyən, konsensus əldə olunmayan iqlim maliyyəsi mexanizmi Azərbaycanda məhz Bakı COP-u zamanı müəyyənləşdiriləcək. Hazırkı vəziyyətdə dünya ictimaiyyəti COP29-dan iddialı hədəflər gözləyir. Azərbaycan danışıqları aparan əsas tərəfdir. Danışıqlar artıq uzun müddətdir ki, davam edir. Bu istiqamətdə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən olunması gözlənilir. Hazırkı iqlim maliyyəsi ildə yüz milyard dollar vəsaitin verilməsini tələb edir, ancaq qlobal ictimaiyyət, beynəlxalq təşkilatların hesablamaları hazırkı fəsadlarla mübarizədə bunu çox az hesab edir

    Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün qərarlar, qətnamələr qəbul edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. Ondan əvvəl milli hökumətlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. Bu müqavilə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlət tərəfindən imzalanıb. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minib. Azərbaycan da bu konvensiyaya qoşulub. Müddət keçdikcə iqlim dəyişmələrinin fəsadlarının qarşısının almasına daha ciddi addımlar atılmasına ehtiyac duyulduğu qənaətinə gəlindi və 2015-ci ildə Fransanın paytaxtı Paris şəhərində dünya dövlətləri bu məqsədlə yenidən toplaşdı. İqlim dəyişmələri ilə mübarizə istiqamətində öz səylərini gücləndirmək üçün Paris sazişi imzaladılar. Paris sazişi 196 ölkə tərəfindən müzakirə edilib. 

    Son dövrlərdə bu istiqamətdə aparılan fəaliyyətlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dir. Həmin 5 əsas prioritetdən biri isə “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Eləcə də qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixli Sərəncamla 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
               Ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir. Azərbaycan həmçinin elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycanın enerji siyasətinin prioritetini isə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli təşkil edir.
     

    Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib. 

     

    Ceyhun Hüseynov, 
    Masallı RMX İƏ üzrə mütəxəssis

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    2. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    3. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    4. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    5. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    6. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    7. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    8. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    9. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    10. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    11. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    12. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    13. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    14. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    15. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    16. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    17. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    18. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    19. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    20. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    21. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    22. 16:03 Dövlət Suverenliyi Gününü
    23. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    24. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    26. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    27. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    28. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    29. 12:13 Filosofun 50 illik hesabat dərsi
    30. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    31. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    32. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    33. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    34. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    35. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    36. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    37. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    38. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    39. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    40. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ