Prezident Ilham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyasının COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar çıxışı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident Ilham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyasının COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar çıxışı

    Prezident Ilham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyasının COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar çıxışı


    Prezident Ilham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyasının COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar çıxışı.
                 
    Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar tədbirdə çıxış edib.
                 
    Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. COP29-a 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm”, – deyə çıxışda bildirilir.
               
    Azərbaycanın dünyanın mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti təntənəsidir. Bu, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüz və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
                 
     COP-a ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya edilir. COP29-a ev sahibliyi müvafiq rotasiya qaydası üzrə Şərqi Avropa qrupuna daxil olan ölkəyə keçməli idi. Qrup daxilində əldə olunan razılığa əsasən, 2024-cü ildə bu mötəbər tədbir Azərbaycanda, Bakıda təşkil olunacaq.
                 
    Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi üçün Şərqi Avropa regional qrupundan Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
                   
    Azərbaycanın dünyanın mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin növbəti təntənəsidir. Bu, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüz və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
     
    Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
               
    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonn şəhərində (Almaniya) yerləşir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis




    "Yeni heyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    2. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    3. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    4. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    5. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    6. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    7. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    8. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    9. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    10. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    11. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    12. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    13. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    14. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    15. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    16. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    17. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    18. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    19. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    20. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    21. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    22. 16:03 Dövlət Suverenliyi Gününü
    23. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    24. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    26. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    27. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    28. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    29. 12:13 Filosofun 50 illik hesabat dərsi
    30. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    31. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    32. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    33. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    34. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    35. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    36. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    37. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    38. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    39. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    40. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ