Главная > Maraqlı > 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin təşəkkür məktubu
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin təşəkkür məktubuDünən, 19:42. Разместил: admin44 |
23 noyabr 2024-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Ceyhun Hüseynov Masallı Rayon İcra Hakimiyyətinə təşəkkür məktubu ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sammiti çərçivəsində Masallı rayonu ərazisində mövcud müəssisələrin fəaliyyətləri zamanı atmosfer havasına tullantı atan müəssisələrdə qaz-toz tutucu qurğuların işlək vəziyyətə gətirilməsini, bələdiyyələr tərəfindən əhali arasında maarifləndirmə işlərinin aparılmasını, mülkiyyətlərində olan ərazilərdə tullantıları, quru otları və xəzəlləri yandırmaması, mövcud olan bərk məişət tullantı poliqonlarında yanma (Paliqonda gündəlik nəzarət növbətçiliyinin təşkil olunması), tüstülənmə hallarına yol verilməmişdir. Əlavə olaraq Masallı Rayon İcra Hakimiyyəti və səlahiyyətində olan nümayəndəliklər tərəfindən görülən operativ, çoxşaxəli işlərə görə minnətdarlığımızı bildirir, həm qurumumuz, həm də şəxsən öz adımdan rayon rəhbəri başda olmaqla, bütün kollektivinizə bir daha dərin təşəkkür edirik. Вернуться назад |