Qədim kəndin yeni növrağı           » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qədim kəndin yeni növrağı          

    Qədim kəndin yeni növrağı          

                                                                                                                                                      Müsahibimiz  Masallı RİH başçısının Mahmudavar kənd ərazi dairəsi üzrə nümayəndəsi Ağadadaş Qənbərovdur.

    Ağadadaş Qənbərov 1964-cü ildə  Masallı rayonunun Miyankü kəndində dünyaya göz açmışdır. Miyankü natamam, Hişkədərə tam orta məktəblərini bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. Viləş Su bəndinin tikintisində mühəndis-hidromelirator işləmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı  ASC-nin Suların İstifadəsi və Mühafizəsinə nəzarət idarəsində mühəndis – hidrotexnik vəzifəsində çalışmışdır. Masallı RİH başçısının 7 aprel 2023-cü tarixli sərəmcamı ilə Mahmudavar kənd ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir.

    Ailəlidir, üç övladı var.

    -Ağadadaş müəllim, ilk öncə Mahmudavar ərazisi barədə oxuculara tanışlıq verərdiniz.

    -Mahmudavar Masallı rayonunnun böyük və abad yaşayış məntəqələrindəndir. Tarixi qədim bu kənd ziyalıları, alimləri, zəhmət adamları ilə ölkədə tanınır. Rüdəkənar, Mahmudavar  və Mololon  kəndlərini özündə bilərşdirən ərazidə 7800 nəfərdən çox əhali yaşayır. Ərazidə iki tam orta, iki natamam orta məktəb, bir folklor evi, bir kitabxana, həkim məntəqəsi,  feldişer-mama məntəqəsi, poçt, ATS, iki aptek, iki şadlıq evi, ölkədə tanınan “Baba bulağı” təbiət evi, 72  market və ictimai iaşə obiyekti  maşın təmiri sexi, iki futbol meydançası və s. fəaliyyət göstərir. Bu sosial-içtimai obiyektlər isə kəndə işsizliyin aradan qaldırılmasına kömək edir, 966 hektara yaxın torpaq sahəsinə malik ərazidə taxıl, tərəvəz bitkiləri yetişdirilir, beş hektar çay tarlası mövcuddur,  10 hektardan çox sitrus bağı vətəndaşlara və fermerlərə məxsus xeyli mal-qara vardır.

    - İndi ölkədə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu sahədə ərazidə vəziyət necədir?

    - Cənubdan Lənkəran rayonu, şimaldan isə rayonumuzun Türkoba kəndi ilə həmsərhəd olan kəndimizin abadlığı, gözəlliyi elə ilk görüntüdən seçilir. Yaraşıqlı evlər, abad küçələr, müasir sosial obiyektlər kəndin son illər xeyli dəyişdiyindən xəbər verir. Deyə bilərəm ki, hər günkü işimizin əsas hissəsini kəndin abadlığına sərf edirik, Bunun üçün kəndin ağsaqqaları, ziyalı və xeyriyyəçi adamları ilə əlaqə saxlayır, görüşürük. Kəndin abadlıq və səliqə-sahman işlərində onlar yaxından iştirak edirlər. 2024-cü ildə ən yaxşı uğurumuz  kənd küçələrinin asfaltlaşdırılması olub. Bu sahədə işimiz nöqsanlı idi, çala-çuxur yollar sakinləri narahat edirdi. Rayon icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə küçələrin abadlaşdırılmasına başladıq. Bu vacib işin ünvanı Vətən, torpaq uğrunda şəhid olanların adlarını daşıyan küçələr oldu. İkinci Qarabağ müharibəsinin şəhidləri Nayıb Qasımov küçəsində 729 kvadratmetr, Röyad Məmmədov küçəsində 1939 kvadratmetr sahə asfaltlaşdırıldı. Birinci Qarabağ şəhidi Mübariz Şahbazovun valideynlərinin yaşadığı evə gedən 403 kvadratmetrlik yola da asfalt döşənib. Bir neçə küçə isə kənd xeyriyyəçilərinin vəsaiti hesabına asfaltlaşdırılıb. Bundan başqa ərazi nümayəndəliyinin təşəbbüsü ilə Rüdəkənar kəndində şəhid Məmməd Nəhmətovun atasının yaşadığı küçə qreyderlə hamarlanmış, çınqıl tökülmüşdür. Mololon kəndinin ara küçələrinə 4 kamaz çınqıl sərilmişdir. Mahmudavarda isə küçələrə 40 kamaz çınqıl tökülüb yayılmışdır.

    Kəndin Lənkəran rayonu ilə sərhəddindəki tanıtma lövhəsini əsaslı təmir etməyə nail ola bilmişik.

    -Bu il ölkədə tarixə düşən COP 29 tədbiri keçirildi.

    -Əlbəttə, bu tədbir Azərbaycan üçün çox önəmli idi. Dünyanın  neçə-neçə ölkəsindən gəlib bu vacib konfransda iştirak edirdilər. Ölkənin bu sahədəki işi çoxlarına  nümunə oldu. Həmin günlərdə kəndin yuxarı başındakı zibil poliqonu daşınıb ləğv edildi. İndi həmin yerdə kəndin imkansız sakini  naringi bağı salıb. Çaylarda, yolların qırağındakı məişət tullantılarının təmizlənməsinə nail olduq. Cənab Prezidentimizin tapşırığı əsasında müxtəlif müəssisələrin həyətində 350 küknar və şam ağacı əkdik, mühafizəsini təşkil etdik

    - Təhsil xalqımızın gələcək inkişafında ən önəmli sahədir.

    -Bizdə bu sahəyə diqqət və qayğı mütəmadidir. Kənddəki dörd məktəbin birinin istilik sistemi var, üç məktəbin isə odunla təchizatına kömək edirik. Kənd bələdiyyəsi ilə təhsil  müəssisələrinə mütəmadi nəzarət və dəstək var.

    -Vətənpərvərlik hər birimiz üçün vacib hissdir. Gənclərin hərbi çağırışlara hazırlanmasında işiniz

    -Bu sahədə işimiz nümunəvidir gənclərimiz hərbi çağırışlara könüllü gedirlər. Hərbidən yayınanlarımız yoxdur. Gənclərin istirahət vaxtlarının xoş keçməsi üçün kənddə bir sıra idman qurğusu yaradılıb, stadion həmişə diqqətdədir. Bundan başqa Ağsaqqallar bağında şahmat, dama yarışları keçirilirdi. Bir sıra kütləvi tədbirlərdə onların iştirakı təmin olunur. Bu il Ulu Öndərin, şəhidlərin anım günlərindəki tədbirlər yüksək səviyyədə keçirilib.

    -Görürəm ki, 2024-ci ildə Mahmudavar uğurlu tarixini təkrarlayıb. Sizə, mahmudavarlılara yeni ildə daha böyük uğurlar arzulayırıq. Müsahibə üçün sağ olun.

    -Siz də sağ olun.

      


                           
    Müsahibəni apardı,
    Həsənağa ƏLİYEV.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ