• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni nəşrlər: “OĞUL ARXALI VƏTƏN”

    Yeni nəşrlər: “OĞUL ARXALI VƏTƏN”

     
     
        Yeni nəşrlər

                                           “OĞUL ARXALI VƏTƏN”

                     (Rəsul Rzayev, Bakı, "Elm və təhsil". 2017, 56 səh.)

      Vətən şəhidləri haqqında çox kitab yazılıb. Hər biri tarixi mənbədir. Nə qədər yazılsa, azdır. Hamısı da oxucular tərəfindən maraqla qarşılanır, böyük həvəslə oxunur. Oxuduqca şəhidlərimiz və valideynlərilə bir daha qürur duyursan. Qürurlanırsan ki, tarixi qəhrəmanlığımız özümüzə qayıdır...
     “Qızıl qələm” media mükafatı laureatı, yazıçı-publisist Rəsul Rzayevin oxucularla 21-ci görüşü – yenicə çapdan çıxmış “Oğul arxalı vətən” kitabı da Azərbaycanın ərazi bütövlüyü uğrunda, Qarabağ döyüşlərində şəhid olmuş həmyerlimiz Aqil Qismət oğlu Məlikova (12.08.1990 -15.11.2016) həsr olunub.
     Aqilin qısa, şərəfli döyüş yolundan bəhs edən kitaba şəhidin doğmalarının, müəllimlərinin, döyüş dostlarının xatirələri, eləcə də igid qəhrəman haqqında mətbuat səhifələrində dərc olunmuş məqalələr, şeirlər daxil edilib.
     Aqil Məlikov Böyük Xocavarda, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Kənd orta məktəbini bitirib. 2008-ci ildə Masallı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. İlk gündən komandirlərin, əsgər yoldaşlarının dərin hörmətini qazanıb. 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. Elə həyat yolunu da Naxçıvanda hərbi xidmət zamanı müəyyənləşdirib. Xidmətdən sonra gizirlik məktəbini bitirib. Düşünüb ki, nə qədər torpaqlarımız düşmən tapdağındadır silahı yerə qoymaq olmaz. Könüllü olaraq 2011-ci il martın 12-dən Füzuli rayonu «N» saylı hərbi hissədə xidmətini gizir kimi davam etdirib. 6 ilə yaxın gizir kimi cəbhə bölgəsində xidmət edib. Qısa vaxtda bacarıqlı, səriştəli hərbçi olduğunu sübuta yetirib. Neçə-neçə döyüşdə iştirak edib. Hər dəfə ermənilər növbəti təxribat törədəndə Milli Ordumuzun giziri də düşmənə həddini göstərib.  
     2016-cı il noyabrın 15-də cəbhənin Füzuli rayonu istiqamətində təxribata əl atan ermənilərə tutarlı cavab verən dəstədə Aqil də igidlik göstərib. Həmin döyüşlərdə namərd gülləsinə tuş gələn eloğlumuz qəhrəmanlıqla həlak olub.
     Böyük Xocavar kəndində torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
     Cəbhənin ən çətin və mürəkkəb istiqamətində igidlik nümunələri çox olub Aqilin. Bu, kitabda da öz əksini tapıb. Şəhid gizirin qəhrəmanlığı haqqında döyüş dostunun yazdığı xatirə xüsusi yer tutur. Cəbhədaşı Üzeyir Nəcəfovun xatirələrində deyildiyi kimi, snayper tağımının komandiri Aqil Aprel döyüşlərində də igidliyi, cəsarətilə fərqlənib: ”... Ermənilərin “Satko” markalı avtomobili göründü. Məsafə 1300 metr idi. Sərrast atəş açmaq lazım idi. Aqilin nişan alaraq atəş açması ilə düşmən maşını yoldan çıxaraq dərəyə yuvarlandı. Sonuncu dəfə onu Lələtəpə əməliyyatında gördüm. Aqil təpənin sağ tərəfində yerləşən qəbiristanlıqda mövqe tutub sərrast atəşlə düşmənə zərbələr vururdu. Onların atəş nöqtələrini susdururdu...”
      Müəllif xatirələr, şeirlər işığında qəhrəmanın keçdiyi yolun ayrı-ayrı məqamlarının bədii-publisistik mənzərəsini canlandırmağa çalışıb. Sonuncu dəfə aprelin 21-də beş günlük ezamiyyət götürüb kəndə gəlib. Dünyasını dəyişmiş anasının məzarını ziyarət edib, halallıq alıb:                                                                                                                                                                                                       


    Laylam halaldı sənə,
    Südüm halaldı sənə,
    İgid oğul, ər oğul,
    Aman vermə düşmənə!
    Amma evdə cəmi iki gün qalıb. Özünün dediyi kimi - “Qurani-Kərim”i oxuyub, namaz qılarkən mənən rahatlanan Aqil evdə rahatlıq tapa bilməyib. “Mən əsgərlərin yanında olmalıyam” deyərək hərbi hissəyə qayıdıb:


    Əlimdəki silahı,
    Hələ yerə qoymaram.
     

    Silahı yerə qoymaq,
    Mənə haramdır, haram!


    Həyatını büsbütün Vətənə həsr edən fədainin amalı, əqidəsi işğalda olan torpaqların azadlığı idi.
    Kitabdakı digər şeir nümunələri də şəhid Aqilin real obrazını – vətənsevər xarakterini, şəxsi keyfiyyətlərini oxucunun gözləri önündə canlandırmağa imkan verir:


    Dərdim Dədəm Qorqud dərdi,
    Dərdim əbədi yurd dərdi.
    Mən o yağı işğalçını,
    Yaş islatdım, quru sərdim
    Qarabağda!
     
    Canım qurban bu Vətənə,
    Qan uddurduq biz düşmənə,
    Bu vuruşda candan keçdim,
    Bayrağımdır kəfən mənə
    Bu torpaqda!


    Kitaba kəşfiyyatçının müxtəlif illərdə çəkdirdiyi, eləcə də döyüş və ictimai-siyasi hazırlığına, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə, igidliyinə, “Ən yaxşı snayperçi” və s. görə aldığı Fəxri fərman və təltiflərin, onun xatirəsinə həsr olunmuş anım tədbirlərinin lentə alınmış şəkilləri də əlavə edilib.
    AJB-nin üzvü Vidadi Nəzərovun redaktoru olduğu kitab ilkin olaraq, 250 nüsxə tirajla “Elm və təhsil” mətbəəsində çap edilib. 4 bölümdən ibarət “Oğul arxalı vətən” kitabı igid Aqilin adının əbədiləşdirilməsilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində diqqətəlayiq əyani vəsaitdir.
    Rəsul Müzəffəroğlunun təkcə bu kitabında deyil, Azərbaycanın Milli Qəhrəmanları Elşad Hüseynov, Səfəralı Məmmədov, şəhid Rövşən Nəbiyev kimi qəhrəman oğullarımıza həsr etdiyi poemalarda da mənəvi ömrə qədəm basan Aqillərin poetik obrazı ilə ağır imtahanlardan şərəflə çıxan Azərbaycan dövlətinin, Vətənimizin qalibiyyətinə əminlik ifadə olunur.
    Bəli, müəllif haqlıdır – Aqilləri olan məmləkət qalib gələcək!


                                                                                                                              Akif VAQİFOĞLU,
                                                                                                                                  “Yeni həyat”.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:30 Masallıda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
    2. 18:07 Masallı rayonunun Qızılağac kəndində yeni məktəb binasının açılışı olub
    3. 18:36 Masallıda məktəbli şəhid övladları ilə görüş keçirilib
    4. 18:27 Masallının iki kəndində həkim məntəqəsi istifadəyə verilib
    5. 22:18 Masallıda təhsil işçilərinin sentyabr konfransı keçirilib
    6. 21:51 Masallının Boradigah qəsəbəsində yeni məktəb binasına baxış keçirilib
    7. 14:21 Masallıda Milli Musiqi Gününə həsr olunan onlayn konsert
    8. 13:53 Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirilib
    9. 13:26 Masallının Sərçuvar kəndində abidə-bulaq kompleksinin açılışı
    10. 08:13 Masallıda 600-dən çox bal toplayan tələbələrlə görüş keçirilib
    11. 19:10 Masallının Mahmudavar kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub
    12. 18:42 Masallının Banbaşı kəndində şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib
    13. 15:59 Masallıda bilik yarışmasının qalibləri mükafatlandırılıb
    14. 15:44 Masallıda çəltik yığımına başlanılıb
    15. 15:41 Masallıda reydlər davam edir
    16. 13:02 Masallıda "Mədəniyyət kəndlərdə" layihəsinə start verilib
    17. 12:28 MASALLI - Şərəfədə yollar təmir olunur, çiyələk plantasiyası genişlənir
    18. 17:14 MASALLI - Lürəndə meyvə bağları
    19. 12:05 Masallının Yeyənkənd ərazisindəki küçələr təmir olunur
    20. 11:22 Şuşanın strateji əhəmiyyəti
    21. 11:20 Şuşa Azərbaycan mədəniyyətin beşiyidir
    22. 16:06 Masallılı üzgüçü Paralimpiya çempionu və rekordçusudur
    23. 19:48 Masallının Xıl kəndində Ağsaqqallar evi tikilib
    24. 19:43 Masallının Böyük Kolatan kəndində asfaltlama işləri
    25. 13:33 Masallı gəncləri şəhidlərin məzarını ziyarət edib
    26. 13:39 Masallıda "Ruhların qisası" tamaşası təqdim edilib
    27. 13:17 Masallıda Ağsaqqallar Şurasının növbəti iclası keçirilib
    28. 19:51 YARIM ƏSR MƏTBU SÖZÜN İŞIĞINDA
    29. 21:22 Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib
    30. 20:18 Masallının Hüseynhacılı kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
    31. 16:08 Masallı rayon Mərkəzi Kitabxanasında kitab təqdimatı və şəhid anası ilə görüş
    32. 19:10 "Ritual Mobil Teatr Laboratoriyası" beş günlük Masallıdadır
    33. 18:49 Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
    34. 18:25 Masallıda Vətən Müharibəsi iştirakçılarına "Füzulinin azad olunmasına görə" medalı təqdim edilib
    35. 13:44 Masallıda “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimi keçirilib
    36. 20:34 Masallılı heykəltəraş Vətən Müharibəsi Qəhrəmanının büstünü hazırlayıb
    37. 19:43 Masallıda şəhid Nurlan Əbilovun doğum günü qeyd edilib
    38. 14:09 Masallıda şəhidlərin xatirəsinə həsr olunmuş virtual kompozisiya nümayiş olunub
    39. 11:46 Peyvənd sertifikatı
    40. 11:43 COVİD-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən vaksinasiya
    «    Sentyabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    DÜNYA XƏBƏRLƏRİ