Главная > Səhiyyə > Batıgöz Klinikası Masallıda səyyar xidmətini başa vurdu

Batıgöz Klinikası Masallıda səyyar xidmətini başa vurdu


19-08-2024, 20:58. Разместил: admin44

Batıgöz Klinikası ölkə ərazisində səyyar xidmətini davam etdirir.

Belə ki, Batıgöz Klinikasının səyyar xidməti 2024-cü ilin 17 iyul – 16 avqust tarixlərində Masallı rayonundan olan vətəndaşlara səyyar xidmət göstərmişdir.

Səyyar xidmət zamanı Batıgöz Klinikasına rayon üzrə ümumilikdə 1760 nəfər müraciət etmişdir ki, onlardan 194 nəfər göz əməliyyatı növbəsinə alınmış, növbəyə alınan xəstələrin 22 nəfəri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəsaiti hesabına əməliyyat olunmuş və növbəli şəkildə əməliyyatlar davam etdirilir.

Müayinə olunanlardan 232 nəfərə ambulator müalicə və 143 nəfərə isə eynək təyin olunmuşdur.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад