Главная > Siyasət / Təhsil / Manşet > Masallıda 2024-cü ilin Son Zəng tədbirləri

Masallıda 2024-cü ilin Son Zəng tədbirləri


14-06-2024, 21:50. Разместил: admin44

Rayonumuzun tam orta məktəblərində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə məzunlar üçün “Son zəng” tədbiri keçirilmişdir. Belə ki, 66 tam orta məktəblərində 1778 məzun məktəbə əlvida deyib, yeni, müstəqil həyata qədəm qoydu, IX sinifləri bitirən 2629 şagird isə ya tam orta məktəb, ya da orta ixtisas müəssisələrində təhsilini davam etdirəcək.  

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Dəfinə məktəb-liseyinin son zəng tədbirinə qatılaraq məzunlara sevinc bəxş etmişdir. Son zəng tədbiri Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi  ilə başladı.

Daha sonra rayon rəhbəri məzunları təbrik edərək qeyd etdi ki, ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edən sözçü diqqətə çatdırdı ki, bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Hansı peşəyə yiyələnməyinizdən, harada yaşamağınızdan asılı olmayaraq sizə öz bilik və bacarığınızla vətənə böyük töhfələr verməyi, doğulub boya-başa çatdığınız Masallının adını yüksəltməyi, ən başlıcası isə dövlətimiz üçün layiqli, kamil vətəndaş olmağı arzulayıram.

Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri rəngarəng şeirlər, şən mahnılar, rəqslər tədbirə xoş ovqat qatdı. Belə ki, məktəblilər 44 günlük vətən müharibəsində canından keçmiş Masallı rayonunun şəhidlərinin şəkilləri ilə səhnəyə gələrək onlara ehtiram nümayiş etdirmiş, bir məktəbli isə  Ali baş komandan və Azərbaycan Ordusunun qələbəsi nəticəsində vətən bağında sülh şəraitində bitəcəyini bildirərək xarıbülbülə su vermişdi.

Məzunlarla birincilərin bir-birinə gül-çiçək dəstələri və hədiyyələr təqdimetmə səhnəsi isə sanki təhsil estafetinin balaca məktəblilərə verilməsinə işarə idi. Nəhayət, on birincilərin sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi, son zəngin sədaları eşidildi.
         Məzunlar məktəb və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə şəkilləri çəkdirdilər. Bu xatirə nəinki rəsmlərdə, eyni zamanda qəlblərinin dərinliklərində uzun müddət qalacaqdır.

Tədbirdə həmçinin RİH başçısının müavini Adəm Məhərrəmov, RTS-nin müdiri Qoşqar Hətəmov iştirak etmişlər.












"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад