YAP Masallı Rayon Təşkilatı jurnalistlərlə görüş keçirdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YAP Masallı Rayon Təşkilatı jurnalistlərlə görüş keçirdi

    YAP Masallı Rayon Təşkilatı jurnalistlərlə görüş keçirdi



    18 iyul 2024-cü il tarixdə 22 İyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı mətbuat nümayəndələri ilə görüş keçirib.

    Tədbirə yerli “Yeni həyat ” qəzetinin və eyni adlı saytın, “Asiya.az”, “Azadmedia.az” saytının kollektivi və rayonun veteran mətbuat işçiləri iştirak ediblər.

    Tədbiri giriş nitqi ilə açan YAP Masallı Rayon Təşkilatının məsul əməkdaşı Eldar Kazımov media nümayəndələrini rayon təşkilatı adından səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı.

    Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Milli mətbuatımızın zəngin inkişaf yolu keçdiyini vurğulayan E.Kazımov yaranmasının 149-ci ildönümünündə mətbuatın keçdiyi yolu, Azərbaycanda mətbuat fədailərinin xidmətlərini şərh etmiş və müstəqillik illərində mətbuatımızın formalaşmasından danışaraq bildirib ki, “Əkinçi” qəzeti ilə başlanan bu yolun müstəqillik dövründə də uğurla davam etdirildi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, mətbuat üzərində senzuranın ləğv edilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin qanunvericilik bazası təkmilləşdirilir,  fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.

    44 günlük Vətən müharibəsi dövründə mətbuatın rolunu önə çəkən natiq, ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərəfədə beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibə və şərhlərin önəmindən danışdı.
    Tədbirdə KİV nümayəndələrindən uzun illər Masallı rayon qəzetinə Baş redaktorluq etmiş, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov, “Yeni həyat” qəzetinin və eyni adlı saytın əməkdaşı Akif Ağayev və başqaları mətbuatın çəmiyyətdə olan rolundan, respublikamızda bu sahəyə göstərilən dövlət qayğısından söz açıb, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi apardılar.

    Masallı rayonunda yazılı mətbuatın tarixinindən danışan jurnalistlər mətbuat sahəsində keçilmiş uzun yola nəzər saldılar.
    Tədbirin təşkilinə görə YAP rayon təşkilatına minnətdarlıqlarını ifadə edərək, tədbirin partiyanın mətbuata verdiyi dəyər olduğunu bildirdilər.
    Səmimi şəraitdə keçən görüşdə YAP Masallı Rayon Təşkilatının məsul əməkdaşı Eldar Kazımov mətbuat sahəsində çalışan hər bir şəxsin informasiya təhlükəsizliyi məsələlərində dövlətimizin və cəmiyyətimizin maraqlarının qorunmasının böyük önəm daşıdığını bir daha  tədbir iştirakçılarının diqqətinə çatdırdı.



















    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ