Главная > Siyasət / Manşet > Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi

Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi


Dünən, 17:53. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yanaşı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır.

Belə ki, 16 oktybar 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəsi və media nümayəndələri ilə birlikdə rayonun Məmmədoba kəndində şəhid Nurlan Malikovun ailəsini ziyarət etmişlər.

Ziyarət zamanı çıxış edən rayon rəhbəri Araz Əhmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açmış, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd etmişdir. Azərbaycanın əldə etdiyi tarixi zəfərin şəhidlərimizin misilsiz fədakarlığı sayəsində mümkün olduğunu vurğulamışdır.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığlarını bildirmişlər.

 







шаблоны для dle 11.2
Вернуться назад