Masallıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası 07.11.2025
- Bu gün, 15:27
- Siyasət
- 0
- 70
Masallıda Zəfər günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
07 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə rayonunun Sərçuvar kəndində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, media nümayəndələri iştirak etmişlər.
Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 450 ədəd müxtəlif növ ağac əkilmişdir.



































