Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib

23 yanvar 2026-cı il tarixdə rayonun Boradigah ərazisinin Mollaoba kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Səyyar görüş zamanı rayon rəhbəri ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə məlumat vermiş və əlavə olaraq bildirmişdir ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə çıxış edən Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Niyazi Bağırov ərazidə ötən qəbul zamanı 7 nəfər vətəndaş tərəfindən 12 məsələ qaldırılmış, həmin məsələlərdən 7-si müsbət həllini tapmış, 5 məsələ ilə bağlı isə qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilmişdir.
Qəbulda sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və müraciətlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.
Səyyar görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.









































