Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
15 oktyabr 2026-cı il tarixdə Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədən öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında yerləşən Ulu Öndərin abidəsini ziyarət etmiş və abidə önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad edilmişdir.
Müasir Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Müşavirədə geniş məruzə edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi çıxışının əhəmiyyətini vurgulayaraq bildirib:"Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında etdiyi proqram xarakterli nitqi hər birimiz üçün həm böyük qürur mənbəyi, həm də gələcək fəaliyyətimizin əsas istiqamətverici yol xəritəsidir. Cənab Prezidentin vurğuladığı kimi, bu qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olaraq tariximizə qızıl hərflərlə yazıldı."
Araz Əhmədov çıxışında ölkə başçısının xüsusi toxunduğu ideoloji təhlükəsizlik və vətənpərvərlik tərbiyəsi məsələlərinə də diqqət çəkib:"Xaricdən ölkəmizə yönələn ideoloji təxribatların, sosial şəbəkələrdə aparılan qərəzli kampaniyaların məqsədi birliyimizi sarsıtmaqdır. Bu təhdidlərin qarşısını almaq üçün birinci növbədə təhsilə, biliyə və milli-mənəvi dəyərlərə söykənən vətənpərvərlik tərbiyəsinə üstünlük verməliyik. Partiya fəalları, ziyalılarımız və gənclərimiz şablon, formal tədbirlərdən uzaqlaşmalı, canlı və təsirli ideoloji iş aparmalıdırlar."
Rayon rəhbəri əhalinin sosial rifahının yüksəldilməsi, aqrar sektorun inkişafı və yerlərdə vətəndaşların problemlərinin operativ həll olunmasının gündəlik fəaliyyətin mərkəzində durduğunu vurğulayaraq, Cənab Prezidentin "Bizim sözümüz imzamız qədər dəyərlidir. Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq" kəlamını xatırladıb və Masallı rayonunun bundan sonra da ölkəmizin tərəqqisinə öz layiqli töhfəsini verəcəyini ifadə edib.
Daha sonra müşavirə rayonun fəal ziyalılarının, şəhid ailələrinin və sahə rəhbərlərinin çıxışları ilə davam edib.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev cəmiyyətdə ağsaqqal sözünün kəsəri və dəyərindən, eləcə də Vətənə, dövlətə xidmət işində yaşlı nəslin rolu barədə danışıb.
Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbin direktor müavini, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ailələrinə göstərilən dövlət diqqəti və qayğısından bəhs edərək, gənc nəslin tərbiyəsindəki mühüm məqamları vurğulayıb.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Heydər Əliyev irsinin müasir Azərbaycanın inkişaf strategiyasındakı təməl rolu və bu irsin geniş təbliği, ideoloji məsələlər barədə məruzə edib.
Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramiz oğlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun rifahının dayandığını qeyd edərək, əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində görülən işlərdən söz açıb.
Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva müasir Azərbaycanın parlaq gələcəyinin savadlı və intellektual gəncliyin yetişdirilməsindən keçdiyini bildirərək, təhsil sahəsindəki prioritetlərə toxunub.
“Dəfinə” Texniki-Riyaziyyat Təmayüllü Liseyinin direktor müavini, “Əməkdar müəllim” Əhməd Məmmədov xüsusi istedada malik şagirdlərin yetişdirilməsi və təhsil sistemində yüksək nəticələrin əldə olunması təcrübəsini bölüşüb.
Sərçuvar kənd Səfərəli Məmmədov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Vətən müharibəsi iştirakçısı (qazi) Rza Məmmədov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərdən və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasından danışıb.
Yekunda Müşavirəyə yekun vurularaq, çıxışlarda səslənən dəyərli fikirlərə və tədbirdə fəal iştiraka görə bütün iştirakçılara dərin minnətdarlıq bildirilib.










































