AMEA-nın “Elektron Akademiya” şöbəsinin hesabatı dinlənilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AMEA-nın “Elektron Akademiya” şöbəsinin hesabatı dinlənilib

    AMEA-nın “Elektron Akademiya” şöbəsinin hesabatı dinlənilib


    AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülmüş işlərin hesabatı təqdim edilib.

    Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və müasir dünya elminin çağırışlarını əsas götürərək akademiyada köklü struktur islahatlarının aparıldığını söyləyib. İnformasiya texnologiyalarının geniş tətbiq olunduğu dövrün tələblərinə cavab verən yeni şöbələrin yaradıldığını, mövcud şöbələrin fəaliyyət istiqamətlərinin təkmilləşdirildiyini, həmçinin bir sıra kadr islahatlarının aparıldığını diqqətə çatdırıb, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, bu islahatlar çərçivəsində AMEA Rəyasət Heyəti tərəfindən daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında Arxeologiya və Antropologiya İnstitutunun, Tarix İnstitutunun bazasında isə daxili imkanlar hesabına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

    AMEA rəhbəri, həmçinin akademiyada aparılan elmi-tədqiqat istiqamətlərinin başlıca olaraq ölkə Prezidentinin sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğunlaşdırıldığını bildirib. Bundan irəli gələrək keçmiş postsovet ölkələrinin Elmlər Akademiyaları arasında ilk dəfə olaraq AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını deyən İsa Həbibbəyli ötən müddət ərzində Akademiyada elektron informasiya mühitində fəaliyyətin daha da genişləndiyini, rəqəmsal transformasiyaların sürətləndiyini, artıq elektron hərəkatın başlanıldığını, yeni-yeni istiqamətlərdə bir sıra zəruri addımların atıldığını söyləyib. O, AMEA-nın elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirənin keçirildiyini, elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profillərinin yaradıldığını, elmi nəşrlərin veb-saytlarının hazırlandığını, gənc alimlərin, magistrant və doktorantların yaxından iştirakı ilə “Vikipediya”nın Azərbaycan dili bölməsində və bir sıra xarici dillər üzrə də fəaliyyətin genişləndirildiyini, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatorunun verilməyə başlandığını vurğulayıb.

    İ.Həbibbəyli jurnalların elektron bazasının yaradılması, eləcə də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında və elmi müəssisə və təşkilatlarının kitabxanasında e-kitabxana, e-kataloq və rəqəmsal bazanın formalaşdırılması kimi qarşıdakı hədəflərdən danışıb, elektron informasiya mühitində fəaliyyətin genişləndirilməsinə dair maarifləndirmə işinin gücləndirilməsi, elmi nəşrlərə istinadların qeydə alınması, təhlili, dəyərləndirilməsi istiqamətlərində treninqlərin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

    Sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranov şöbə tərəfindən görülmüş işlərin hesabatını təqdim edib. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tapşırıqları əsasında ötən müddət ərzində şöbənin əməkdaşları tərəfindən 5 veb-saytın yaradıldığını, 268 məqaləyə DOİ identifikatorunun verildiyini söyləyib. Həmçinin bildirib ki, “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinə akademiyanın elmi müəssisələrinin əməkdaşları cəlb olunub və qısa müddətdə bu virtual məkanda azərbaycanca, eləcə də xarici dillərdə 1300-dən çox məqalə yaradılıb, yaxud redaktə olunub və ya tərcümə edilib. AMEA əməkdaşları tərəfindən “Google scholar”da 625 yeni profilin yaradıldığını, son aylar ərzində əməkdaşların əksəriyyətinin ORCİD və s. İD-yə malik olduğunu, sosial şəbəkələrdə də yeni profillərin yaradıldığını diqqətə çatdıran Fariz İmranov hazırda AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı fəaliyyət proqramının həyata keçirildiyini diqqətə çatdırıb, qarşıda duran vəzifələrindən danışıb.

    Şöbənin baş mütəxəssisi Elnur Eltürk isə çıxışında “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən “Vikipediya” təlimlərinin səmərəliliyindən danışıb. Akademiyanın ölkəmizdə “Vikipediya” fəaliyyətinə mühüm töhfələr verdiyini qeyd edən Elnur Eltürk sözügedən təlimlərə böyük marağın olduğunu və məşğələlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

    İclasda, həmçinin AMEA prezidentinin müşaviri Elşən Quliyev, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Sənədlərlə iş və protokol şöbəsinin müdiri Əsmər Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva çıxış edərək müzakirə olunan sahə üzrə təmsil etdikləri strukturlarda görülən işlər barədə məlumat verib, müəyyən olunmuş indikatorlar üzrə elektron xidmətlər şəbəkəsinin səmərəliliyinin artırılması ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

    Sonda “Elektron Akademiya” şöbəsinin yarandığı bir neçə ay ərzində gördüyü əhəmiyyətli işləri müsbət qiymətləndirərək hesabatı qənaətbəxş hesab edən İsa Həbibbəyli tərəfindən elektron xidmətlər sahəsində AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi barədə tapşırıqlar verilib və bu istiqamətdə qarşıda duran vəzifələr müəyyənləşdirilib.











    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    2. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    3. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    4. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    5. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    7. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    8. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    10. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    11. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    13. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    14. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    15. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    16. 10:08 UNUDULMUR...
    17. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    18. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    19. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    20. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    21. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    22. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    23. 16:46 “PeşəFest-2026” - Masallıda
    24. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    26. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    27. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    31. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    32. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    34. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    35. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    36. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    38. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    39. 11:28 Məhərrəm Səfərli – 80
    40. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ