Главная > Təhsil / Manşet > Qardaşların uğuru

Qardaşların uğuru


29-08-2024, 14:21. Разместил: admin44

Ümumtəhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında respublika Elm və Təhsil Nazirinin müvafiq əmrinə əsasən Xaçmaz şəhər Abamüslüm Səlimov adına 7 nömrəli tam orta məktəbində oxumuş Əlili Fateh Kamran oğlunun da adı var. Fateh qızıl nişana layiq görülüb. Bu, onun uğurunun son nəticəsi deyil. Xaçmazlıları da, masallıları da sevindirən budur ki, qızıl nişanlı məzun 650 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tələbəsi olmuşdur. Əslən rayonumuzun Yeddioymaq kəndindən olan Fateh tanınmış pedaqoq Məmmədəli müəllimin elm yolunun davamçısıdır. Bu gün ailədə ən çox sevinən isə Fatehin atası Kamran müəllimdir. Kamran müəllim bir neçə ildir ki, Xaçmaz şəhərinin hazırlıq kurslarında şagirdlərə riyaziyyatın çətin yollarını asanlaşdırmaq niyyəti ilə çalışır.

Ailənin başqa bir nümayəndəsi Oğuz isə hələ Xaçmaz şəhərində oxuyur. O da təhsil yollarında inamla irəliləyir. Bu il Oğuzun təhsil yolunu gümüş nişan işıqlandırıb. Hər iki qardaş atalarına da, analarına da, babaları, ixtisasca tarix müəllimi olan Arif müəllimi də son dərəcə sevindirir. Onlar Xaçmazda təhsil alsalar da ata-baba yurdu olan Yeddioymaqda müəllimlər də, sakinlər də qürur duyurlar. Onların ümidverici nəticələri gələcək uğurlarına nur saçır.

Bu günlərdə daha bir sevindirici xəbər aldım. Qardaşlar Xaçmaz Rayon İcra Hakimyyətinə dəvət olunaraq hədiyyələrlə təltif olunmuşlar. Biz Kamran müəllimi də, Arif müəllimi də bu münasibətlə təbrik edir, ailələrə daha böyük nailiyyətlər arzulayırıq. Əziz valideynlər, sizin sevincinizdən hamımıza pay düşür. Elm və təhsil yolunda daha böyük nəticələr qazanmağı arzulayırıq.






İbrahim ŞÜKÜROV,
ştatdankənar müxbirimiz.
AJB-nin üzvü.
шаблоны для dle 11.2
Вернуться назад