Perspektivli idmançıların aşkarlanması » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Perspektivli idmançıların aşkarlanması

    Perspektivli idmançıların aşkarlanması

    • 27-01-2026, 10:59
    • İdman
    • 0
    • 2 632

    Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı ilə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat, yunan-Roma və sərbəst güləş, futbol, voleybol və stolüstü tennis üzrə turnirlər keçirilib.

    Yarışlarda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən idmançılar iştirak ediblər. Turnirlərdən öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, azadlıq uğrunda canlarından keçən qəhrəmanların mübarizəsinin Azərbaycanın müstəqilliyinə aparan şanlı yolun əsasını qoyduğu vurğulanıb.

    Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların yekun nəticələrinə əsasən qaliblər UGİŞM-nin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunublar. Yarışların keçirilməsində məqsəd şəhidlərimizin xatirəsinin yaşadılması, uşaq və yeniyetmələr arasında idmana marağın artırılması, eləcə də perspektivli idmançıların aşkarlanmasıdır.
    Bununla yanaşı, UGİŞM-nin yetirmələri respublika miqyaslı yarışlarda da uğurlu nəticələr göstəriblər. Gəncə şəhərində keçirilən sərbəst güləş üzrə yeniyetmələr arasında açıq birincilikdə Həmzə Əzizov (32 kq) və Əli Məlikzadə (75 kq) ikinci, Yusif Abdullayev (26 kq) isə üçüncü yerə layiq görülüb. Bakı şəhərində təşkil olunan Abşeron açıq birinciliyində Əli Baloğlanov (48 kq) birinci, Gəncə şəhərində keçirilən yeniyetmələr (U-15) arasında “Oksi Kəməri” mükafatı uğrunda açıq respublika turnirində isə ikinci yerə sahib olub.

    Astara şəhərində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilikdə Rəhim Rəhmanov (32 kq), Əli Baloğlanov (48 kq) və Anar Poladov (65 kq) ikinci, Şahmar Mürşüdov (23 kq), Məhəmməd Qafarzadə (26 kq), Pənah Qasımlı, Dilarə Həsənova (42 kq) və İzzət Məmmədzadə (57 kq) üçüncü yerləri tutublar. Yunan-Roma güləşi üzrə isə Seyidmusa Tağıyev (23 kq) ikinci olub.

    Abşeron rayonu Xırdalan OEİGİM-in açıq birinciliyində Bilal Nuriyev (29 kq) birinci, Şahnur Mürşüdov (26 kq) və İzzət Məmmədzadə (55 kq) ikinci, Məhəmməd Qafarzadə, Yusif Abdullayev (29 kq) və Həmzə Əzizov (35 kq) isə üçüncü yerlərə layiq görülüblər.
    İdmançıları yarışlara Masallı UGİŞM-nin məşqçi-müəllimləri Cavad Həsənov, Maqsud Ağayev, Samir Rəhmanov və Rafael Həsənov hazırlayıblar.




    Şirziyad MEHDİYEV,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    2. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    3. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    4. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    5. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    6. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    7. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    8. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    9. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    10. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    11. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    13. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    15. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    16. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    17. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    18. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    19. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    20. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    21. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    22. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    23. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    24. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    25. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    26. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    27. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    29. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    30. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    31. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    32. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    33. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    34. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    35. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    36. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    37. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    38. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    39. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    40. 22:04 Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ