BMT Təhlükəsizlik Şurasında heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » BMT Təhlükəsizlik Şurasında heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi

    BMT Təhlükəsizlik Şurasında heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi

               
    Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəməklə BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində idi. Lakin TŞ-nin 16 avqust tarixində keçirilmiş növbədənkənar iclası ermənilərin son ümidlərini də puça çıxardı. Əksinə, iclasın gedişində aparılan dinləmələr bir daha təsdiq etdi ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan başqa bir şey deyil. Ermənistan bu iclasda Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağın erməni sakinlərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın-Xankəndi yolunun beynəlxalq gücdən istifadə edərək açılmasına çalışdı və növbəti dəfə ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, əlbəttə ki, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin daha bir təntənəsidir.
             
    Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu, qonşu dövlətlərlə qurduğu balanslı münasibətlər, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi məqsədilə hazırladığı və həyata keçirilməsinə böyük məharətlə rəhbərlik etdiyi konsepsiya, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirmə bacarığı, strateji düşüncəni daim ön planda tutması BMT Təhlükəsizlik Şurasında Ermənistanın bu məğlubiyyətinə də zəmin yartmış oldu. Dövlət başçımızın indiyədək dünyanın bir çox mötəbər kürsülərindən Azərbaycan hökumətinin Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmində olması barədə dəfələrlə səsləndirdiyi bəyanatlar öz təsirini bu şəkildə göstərdi. Çünki dünyanın həm siyasi elitası, həm də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin verdiyi bütün vədlərə hər zaman əməl etdiyini yaxşı bilirlər. Buna görə də qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən ümumiyyətlə bəhs etmədilər. Xüsusilə diqqətəlayiq bir hal da budur ki, Ermənistanın təşəbbüsü ilə BMT TŞ-nin gündəliyinə salınan və nəticə almayan məsələlər bir daha hansısa bir digər beynəlxalq təşkilatın gündəminə gətirilə bilməyəcəklər.
           
    Bir sözlə desək, BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Baxmayaraq ki, Azərbaycan 90-cı illərin əvvəllərində də haqlı idi və həmin elə bu BMT-nin Təhlükəsizlik Şurası heç vaxt icra etmədiyi, heç icra etmək üçün cəhd göstərmədiyi 4 Qətnamə qəbul etmişdir. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir.
             
    Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı.
               
    Azərbaycan heç vaxt boş vədlər vermədiyini bir daha nümayiş etdirdi. Ağdam-Xankəndi yolunun alternativ yol kimi açıq olduğu və təmirdən sonra daha qısa, daha təhlükəsiz və daha istifadəyə yararlı bir yol olduğu sübuta yetirildi. Bununla da növbəti dəfə Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenaların müzakirə obyekti olmadığı dünyaya çatdırıldı. İndi Ermənistan baş nazirinin hökümətin iclasında bir daha “Dünyada elə bir ölkə, qurum yoxdur ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımasın. Dünya bizi eşitmək istəmir” ifadələrini səsləndirəcəyini sanki duyuram. Əslində isə dünya onları deyil, onların yalanlarını eşitmək istəmir. Azərbaycan və onun Müzəffər rəhbəri bir daha sözün bütün mənalarında dünyanın gözünü açdı. Yalanlar, yalandan yazıq kimi görünənlər, özlərinə yazıq imici yaradanlar artıq dünyada sayəmizdə qəbul olunmurlar.        
               
    Ermənistan tərəfi bu reallığı qəbul etməlidir ki, bölgədə sülhün və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması, hörmət əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar edilməsi üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.



    Əliyev Araz,
    Masallı rayonu Qəriblər kənd tam orta məktəb




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ