BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası-Ermənistan diplomatiyasının isə tam iflası » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası-Ermənistan diplomatiyasının isə tam iflası

    BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası-Ermənistan diplomatiyasının isə tam iflası

               
    Avqustun 16-da BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasını göstərdi. Bu hadisə ölkəmizin növbəti diplomatik qələbəsi oldu. Ötən ilin dekabrında da Fransa və Ermənistanın Laçın yolu məsələsinin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Həm o zaman, həm də indi bu cəhdlər nəticəsiz qaldı. Son zamanlar Ermənistan, dünyadakı erməni diasporu və lobbisi, eləcə də ermənipərəst dairələr bütün imkanlarını ölkəmizə qarşı yönəltmişdilər ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun. Amma bu cəhdlər nəticəsiz qaldı. Təhlükəsizlik Şurasının iclasında heç bir sənəd qəbul olunmadı. Sadəcə, çıxışlar oldu və bununla da şura işini bitmiş hesab etdi. İclasın gedişi Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etdi.

     İclasda erməni riyakarlığı növbəti dəfə özünü göstərdi. Belə ki, Ermənistan xarici işlər naziri Mirzoyan, guya Qarabağ ermənilərinin humanitar böhranla, aclıqla üzləşdiyini deyib, hətta Azətbaycanın həmin erməniləri genosidə məruz qoyduğunu iddia edib. Bu sözləri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, həmin torpaqlarda hər şeyi məhv edən, şəhər və kəndlərimizi yer üzündən silən, Xocalı soyqırımını törədən bir dövlətin naziri deyir. Bu əsl erməni xisləti, erməni riyakarlığının ən yüksək həddidir. İclasda Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev qarşı tərəfin yalan iddialarını tutarlı faktlarla ifşa etdi. Xüsusilə, Qarabağ ermənilərinin normal həyat tərzi, sosial şəbəkələr vasitəsilə paylaşdıqları normal yaşayışlarını foto faktlarla iclas iştirakçılarının diqqətinə çatdırdı. Qardaş Türkiyə, Albaniya və digər dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Fransa kimi ermənipərəstlərin yalan təbliğatı isə heç bir nəticə verməyib. Laçın yolunda post yaradılması dövlətimizin müstəsna hüququdur. Azərbaycan humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edir. Bu təklif beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Beləliklə, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın diplomatik gücünü göstərdi. Beynəlxalq hüquq, haqq və ədalət Azərbaycanın tərəfindədir.Ən əsası Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır ! ” şüarı bütün dünya tərəfindən qəbul olunur!

    Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəməklə BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində idi. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, və sülh istəsəydi, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı. Bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.

    Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi.İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı.

    Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq
    ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Yaşar Əliyev çıxışında bəzi faktları iclas iştirakçılarının diqqətinə çatdıraraq deyib: “- 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu BQXK-ya təklif edib. 2021-ci ildə yüklər BQXK tərəfindən həmin əraziyə çatdırılmaq üçün Bərdəyə daşınıb. Erməni tərəfi yüklərdən imtina edərək BQXK-nın humanitar yardımın çatdırmasına mane olub”.Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.”

    “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.

    Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər”.Soyqırımı ilə bağlı iddiaların da eyni dərəcədə əsassız və yalan olduğunu qeyd edən daimi nümayəndə bildirib ki, Errmənistanın Azərbaycana qarşı manipulyasiya və aldadıcı kampaniyası özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “rəyi”ndə də nümayiş olunur. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.Bununla da ən yüksək pərdədən blokada oyununa reaksiya verildi.


    Şıxəliyeva Aidə,
    Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ