Növbə » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Növbə

    (Esse)

    Adi, lakin düşündürən sözdür növbə. Hələ uşaqlıqda anam köməkçi kimi məni Boradigah həftəbazarına aparanda dilimə düşüb, yaddaşıma həkk olunub bu söz . Balaca baqqal dükanında alma cemi satılırdı. Biz də yaxınlaşdıq, dedilər növbəyə qalın. Mağazaların birində isə uşaqlar üçün ipək köynək satılırdı. Yenə növbəyə qalıb aldıq.

    O illərdən yadımda qalıb bu növbə sözü. 

    Böyük bacım Bakının Keşlə qəsəbəsində yaşayırdı. Bir dəfə uçuq-sökük evlərinə komissiya gəldi. Yoxladılar, bəzi sənədlər tələb etdilər. Dedilər ev üçün növbəyə alındınız. Bu növbə isə iki ildən çox çəkdi.

    Bir dəfə Sank-Peterburq şəhərində Çənclik univermağında köynək-qalstuq satılırdı. Növbə çox böyük idi. Xeyli vaxt keçdi. Qarşımda 7-8 adam vardı. Arxada bir rus qarısı, vətəndaş, siz hardan tapıldınız, növbəyə qalmamısınız. Dedim bir saatdan çoxdur ki, növbədəyəm. Mübahisəmizə uzundraz bir milis işçisi müdaxilə etdi. Məndən qabaqda olan bir rus xanımından mənim həqiqətən növbədə qalıb-qalmadığımı soruşdu. O, dinməyib çiyinlərini çəkdi, yəni bilmirəm. Belə olduqda milis işçisi məni kənara çəkib növbədən çıxmağımı tələb etdi. Mən qolumu əlindən buraxması üçün onu yüngülcə itələdim. Ayağı məhəccərə toxunan milis işçisi palçıqlı gül ləkinə sərildi. O, cəld ayağa durub üstümə cumdu. Məni vurmasa da qoluma girib univermaqdakı polis məntəqəsinə apardı. Olayları özündən yüksək rütbəli milisə məruzə etdi. O, qarşıma bir ağ vərəq qoyub burada özüm haqqında məlumat verməyi söylədi. Mən dinməz-söyləməz blankı doldurub milisin qarşısına itələdim. O, SSRİ jurnalistlər ittifaqının üzvü olduğumu oxuyan kimi məni bura gətirən milisi çağırdı. Sən bura kimi gətiribsən, deyib rusca anasını da söydü. Tapşırdı ki, məni univermağın anbarına aparsın və istədiyim mallardan – xüsusilə köynəkdən götürüm.

    Leninqraddan Bakıya uçmaq üçün təyyarə bileti alanda da xeyli növbəyə durmalı oldum.

    Növbələr... növbələr... ailə həyatı quranda da bir ay qeydiyyat şöbəsində növbə gözlədim.

    Ev tikəndə kirəmid sexində növbəm bir il şəkdi. Tövlənin üstünü örtmək üçün rayon icraiyyə komitəsində 100 ədəd şifer almaq üçün 3 aydan çox növbə gözlədim. Hara gedirdin növbə, nə istəyirdin növbə.

    Son illərin ən çətin böyük növbəsi şəkərli xəstələrin dərman növbəsi idi. Belə vaxtlarda adamlar insan olduğunu belə unudurdular. Bir-birini itələmək,dümsükləmək, növbədən çıxarmaq adi hala dönmüşdü. Belədə şübhəsiz ki, adamın əsəbləri qalxır, şəkəri yüksəlir. Yıxılıb ürəyi gedənlər də olurdu. Belə növbələrin birində arxamda rayonda tanınan, mənimlə yaxşı münasibəti olanlardan biri dayanmışdı. Bu zalım ağına-bozuna baxmayaraq gah ayağımı tapdalayır, gah da sinəsi ilə məni sıxışdırıb kənarlaşdırmaq istəyirdi. Zarafatla bir-iki dəfə onu atmacaladım, xeyri olmadı. Axır onu buraxdım özümdən qabağa. Gördüm yox, növbə də boş şeymiş.

    Bu növbələr həmişə məni düşündürür. Bir dəfəf böyük bir növbəni izlədim. Başda cavan bir xanım idi. Ardınca yaşlı bir kişi, sonra əli çəlikli müharibə əlili, daha sonra 25-30 yaşında şüvarə bir gənc, hətta 9-10 yaşında bir qız da növbədə idi. Həyatda da insanlar əbədiyyətə bu ardıcıllıqla göçürlər.

    Yer üzündə milyardlarla adam var ki, əbədi dünyalarına köçmək növbəsindədir. Amma növbəsi bilinmir. Toplu növbələr də olur dünyada. Məsələn, Xirosima, Naqasakidə bir atom bombası bir neçə saniyədə milyonları növbəsiz o dünyalıq etdi. Əlcəzairdə, Qarabağda, nə bilim haralarda nə qədər növbəsiz , vaxtsız gedənlər oldu.

    Hər gün televiziyanın xəbərlərində neçə-neçə insanın qəzadan, yanğından, bıçaqlanmadan, zəhərlənmədən, çay və dənizdə boğulmasından, intihardan, həkim məsuliyyətsizliyindən dünyasını dəyişdiyini eşidirik. Yəqin ki, onların da öz növbəsi olub.

    Ev tikintisi üçün hazırlanan smeta-layihə sənədlərinin növbəsinin uzunluğunu bilmək də çətin işdir. Hətta ata-baba ocağında toyuq hini üçün də layihəyə icazə kağızı növbəsiz ötüşmür. Orta hesabla həyatda yaşadığımız 50-60 ilin xeyli hissəsi növbələrə sərf olunur.

    Bu növbələrlə bizi aldatma, dünya, mus-mus deyincə birdəfəlik Mustafa de ki, insan övladı işini bilsin. Unutma ki, bu növbə bir gün səninçün də olacaq. Fil qulağında yatıb ağı qaradan ayıra bilmirsən. Bir gün gələcək dağların dənizdə bitəcək, bağların viran olacaq. Səni yaşadanlar, hüsnünə bəzək vuranlar növbəsiz-filansız bir andaca məhv olacaq. Bax, onda bitəcək növbələr, kainat növbəsiz bəlkə də darıxacaq. Necə ki, biz qarşımızdakının əbədi yoxluğuna təəssüflənirik. Bilmirik ki, biz də növbədəyik – həyatın, ömrün sonuncu, əbədi növbəsində.

     

                                                            
    Həsənağa ƏLİ MUİRTUZA


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ