Müharibələr və təbii fəlakətlər ekoloji böhranın əsas səbəbləridir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müharibələr və təbii fəlakətlər ekoloji böhranın əsas səbəbləridir

    Müharibələr və təbii fəlakətlər ekoloji böhranın əsas səbəbləridir

    Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir.İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
    Bu qərar elə bir vacib zamanda verilmişdir ki, artıq ekoloji vəziyyət bəşəriyyətin müasir inkişaf mərhələsində onun varlığı üçün ən mühüm problem dərəcəsinə çatmış, yaşamaq üçün təkcə təmiz ərzaq məhsulları deyil, hətta təmiz hava, su belə ən qıt nemətə çevrilmişdir. Buna görə də insan ayağının dəydiyi hər yerdə müəyyən dərəcədə ekoloji böhranın mövcud olduğunu nəzərə alsaq, dünyada hər kəsin yaşıl gələcək üçün məsuliyyət daşıdığını göstərmək mümkündür.

    Beynəlxalq birliyin növbəti sammitinin bu dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin indiyə qədər bu sahədə qazandığı nüfuza əsaslanır. Dünya inanır ki, Azərbaycan dövləti özünün həyata keçirdiyi ədalətli siyasəti ilə bir çox problemləri kökündən həll edə bildiyi kimi ən azından Cənubi Qafqaz regionunda da yığılıb qalmış ətraf mühit problemlərini də həll edə biləcək gücdədir.
       
    Ekoloji böhranın isə müxtəlif səbəbləri vardır. Planetdə insan sayının çoxalması ilə sənaye və kənd təsərrüfatı məhsulları istehsalının da artması, plansız və qeyri-rasional təsərrüfat fəaliyyəti, nəqliyyat, hasilat, həmçinin hərbi əməliyyatlar nəticəsində təbiətə atılan tullantılar ekoloji vəziyyəti gərginləşdirən səbəblərdəndir. Yeri gəlmişkən, bu mənada, çoxları haqlı olaraq sənaye, nəqliyyat, yaxud kənd təsərrüfatında havaya və suya atılan zəhərli qarışıqlardan tez-tez danışdıqları halda, nədənsə iri hərbi güclər yağış kimi  səpələdikləri ballistik raketlərin və partlatdıqları bombaların havaya nə qədər tullantı atdıqlarından bəhs etmək istəmirlər.
       
    Yaşıl dünya naminə həmrəylik hərəkatı ölkəmizin məruz qaldığı ekoloji təhdidlər və onların qarşısının alınması üçün apardığı mübarizə və qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilə sıx bağlıdır. Azərbaycanın təbii sərvətlərini çapıb-talamış işğalçı Ermənistanın regionda səbəb olduğu ekoloji disbalansın aradan qaldırılması, uzun illər sənayedə mövcud olmuş sovet texnologiyasından yeni ekoloji təmiz üsullara və avadanlıqlara keçilməsi, karbohidrogen enerji ehtiyatlarından alternativ enerji mənbələrinə keçid, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurdakı dağıdılmış ərazilərdə ağıllı yaşayış məntəqələrinin yaradılması və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. Azərbaycan Respublikası bu sahədə dünya birliyi ilə daha sıx əməkdaşlıq etməklə yaxın gələcəkdə daha sağlam bir ekosistem yaradılması, bunun dayanıqlı bir müstəviyə qaldırılması üçün öz gücünü məhz bu vacib sahədə də ortaya qoymaq niyyətindədir.
     
    Dünya inanır ki, Azərbaycan dövləti özünün həyata keçirdiyi ədalətli siyasəti ilə bir çox problemləri kökündən həll edə bildiyi kimi ən azından Cənubi Qafqaz regionunda da yığılıb qalmış ətraf mühit problemlərini də həll edə biləcək gücdədir.

    Yaşıl gələcək bizdən sonrakı nəsillərə verə biləcəyimiz ən dəyərli mirasdır!





                                                                                Qumru Əhmədov,                                            Təqaüdçü müəllim,              
     Yazı YAP Masallı Rayon Təşkilatının  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl   dünya yazı və şəkillərdə”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ