Replika » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Replika


    Bəndə düşən sosial yardım

    Amma baxır kim üçün bəndə düşür, kimlərin isə bu yolda “bəxti” gətirir. O baxır daydayıya. Kimin ki, güclü arxası var, əziyyət çəkmədən sosial yardım alır. Qəlibə düşdü, düşmədi. Vay o kəslərin halına ki, dilsiz-ağılsız, dayıdaysızdır. Onda gör başına nə oyunlar açırlar. Gəlib evində hər nəyi – bitdən sirkəyə kimi yoxlayırlar. Harda işləyirsən, evin neçə mərtəbədir, işıq pulu, qaz pulunun qəbzlərini gətir. Neçə heyvan, toyuğun, xoruzun var, xoruzun gündə neçə yumurta hasilə  gətirir, toyuq basdırmısanmı, altına neçə yumurta qoyubsan, niyə az bala çıxarıb? Hələ başqa quşlar da qeydiyyata alınır. Üstəlik soyuducunun içində nəyin olub-olmadığını, evdə neçə elektrik lampasının yandığını da qeyd edirlər. Hələ ayaqyolunda lampa asıbsansa batdın.

    Sonra da çıxırlar ikinci mərtəbəyə. Yataq otağını axtarırlar. Xanımların alt paltarları ilə maraqlanırlar ki, qiyməti neçiyədir. Qonşu Kinəvəs xalanı həyətdə görsələr onda iş lap düyünə düşər. Xoş-zor sən bu evdə yaşayırsan. Kinəvəs xala and-aman edir ki, Vallah, billah mən qonşuyam, hərdən gəlib bir-birimizi axtarırıq.

    Bax, onda hər kəs bu qeydlərdən bezib, cəhənnəm olsun sosial yardım, deyə bezar qalır.

    Hələ bir müddət sonra yenə gəlib təkrar “yoxlamalar” aparılır. Sən demişdin ki, toyuğun altına 15 yumurta qoyubsan, bəs niyə 10 bala çıxarıb. Bu paltarların yerini niyə dəyişibsən? Digəl həftəbecər suallara cavab tapıb yoxlamaya gələnləri inandır. Ev sahibəsi təbi-halından çıxıb qışqırır:

    A bala, bax, qonşunun iki mərtəbəli küləfirəngisi, bərk gedən maşını, inəyi, sayılı sürüsü, həyət-bacasında 100-ə yaxın hind toyuğu, quşu, ördəyi, qazı. Arvadı da işləyib dövlətdən məvacib  alır. Necə olur belələrinə sosial yardım düşür, mənim kimi kasıb-kusuba yox?
    Xülasə, bu çox qəliz məsələdir. Burda “Bir qalanın sirri” filimindəki Göygöz kosanın filfilosu gərəkdir ki,  belə yoxlamanı selə-suya qərq etsin.

    Hər həftə RİH başçısının qəbuluna, rayonun ayrı-ayrı idarələrinə onlarca vətəndaş gedib sosial vəziyyətinin ağırlığından yardıma ehtiyacı olduğu barədə müraciət edir. Onlar da etiraf edirlər ki, sosial yardımı ehtiyacı olanlar deyil, imkanlılar alır. Sosial təminat təşkilatı bu sahədə elə at  oynadır ki, heç kim baş çıxarmır. Vallah, bu lap sirri-xudadır. Sonda avtobusda bir qadının qarğışını sosial təminat idarəsinin rəhbərlərinə çatdırırıq.

    Kim ki, haqqı qoyub nahaqqa rəvac verər,  Allah onda olmayan vicdanını kəssin, onu da mənim kimi kimsəsiz imkansız, zəlili-xar etsin, balaları qara çörək üçün gəzsin.
    Ölkəmizdə heç kim kimsəsiz deyil. Bizim Qarabağ fatehimiz İlham Əliyev kimi Prezdentimiz var. Vallah bir gün zavala gələcəksiniz,  erməniləri zəlili-xar edən Dəmir yumruq bir gün sizin də başınızı əzəcək. Qanundan, Prezidentimizdən və nəhayət ki, Allahdan qorxun. Başqasının halalını haram edən vələdəzunahdır.  Bundan başqa söz tapmırıq.

     
                                                                                                 
     “Yeni həyat”.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ