Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 12:05
- Maraqlı
- 0
- 10

Hörmətli cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu qurultayın fəaliyyətinizdə yeni uğurların başlanğıcı olmasını arzulayıram.
Qurultayın Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən bu qurultay qarşıya qoyulan yeni məqsədlərin və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.
Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini VIII Qurultayın uğurla keçirilməsi münasibətilə bir daha təbrik edir, dövlətimizin və xalqımızın rifahı naminə fəaliyyətinizdə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mərhəmət Lələyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Respublikası, Masallı şəhəri.





























