Главная > Səhiyyə > Masallıda kütləvi qanvermə aksiyası keçirildi
Masallıda kütləvi qanvermə aksiyası keçirildi16-07-2024, 21:00. Разместил: admin44 |
16 iyul 2024-cü il Masallı şəhər “Cümə” Məscidində Qafqaz Müsəlmanlar İdarəsinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transsfuziya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran Regional Bölməsinin birgə təşkilatçılığı ilə Məhərrəm ayının “Aşura günü” mərasimi ilə əlaqədar könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiyada rayonunun müxtəlif zümrələrindən olan insanlar qan və qanyardıcı xəstəlikdən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə gələrək qan vermiş, “Aşura günü” və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxumuşlar. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |