Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu



    02 aprel 2025-ci il tarixdə rayonun Həsənli ərazisinin Təkdam kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 1 nəfər vətəndaş tərəfindən ərazinin içməli su ilə təmin olunması barədə müraciət etdiyini qeyd etmiş və vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.

    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, ərazinin bütün kəndlərinin elektrik təsərrüfatı SİP kabelləşdirilmişdir, Həsənli kəndində 5,7 km məsafədə küçələr işıqlandırılmış, Həsənli kəndində şəhid abidəsinin önünə 75 kv.metr, Köçəkli kəndində 220 metr kənddaxili yola asfalt örtüyü döşənmiş, ərazi üzrə ümumilikdə 2,5 km məsafədə çınqıl və 4 km məsafədə yol qreyderlə hamarıanmış, GPON lahiyəsi üzrə “Aztelekom” İB, “CityNet” MMC və “SelNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmişdir.

    Daha sonra şöbə müdiri ərazi üzrə ümumilikdə 1,5 km məsafədə suaparıcı kanalın təmizlənməsi, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 400 ədəd və “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 200 ədəd olmaqla ümumilikdə 600 ədəd ağacın əkilməsi, ağacların suvarılmasından ötrü 300 metr məsafədə kanalın qazılması, Həsənli kəndində şəhidlər abidə kompleksinin əsaslı təmir olunması, Həsənli kənd qəbiristanlığının ətrafı 450 metr məsafədə dəmir materialla hasara alınmış, Məmmədxanlı kənd mərasim evinə 3 ədəd kondisioner quraşdırılmış və Təkdam kənd mərasim evinə 150 ədəd stul, 10 ədəd stol və 2 ədəd kondisionerin ehsan edilməsi və Köçəkli kənd tam orta məktəbinin cari təmir olunması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.









    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    3. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    4. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    6. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    7. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    9. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    10. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    11. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    12. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    13. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    14. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    16. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    17. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    18. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    20. 09:23 “Bizim Əliş müəllim”
    21. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    22. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    23. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    24. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    25. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    26. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    27. 11:00 Kəlbəcər Azaddır! 
    28. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    29. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    30. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    31. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    32. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    33. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    35. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    36. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    37. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    38. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    39. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    40. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ