Masallıda rayon rəhbəri Boradigah qəsəbəsində şəhid küçələrində təmir işlərinə baxıb
- Bu gün, 11:01
- Siyasət
- 0
- 51

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər aparılır. Rayonun bütün ərazilərində şəhid adına olan küçələr Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəli şəkildə cari və əsaslı təmir olunur.
13 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi və bələdiyyə sədri Boradigah qəsəbəsində şəhid küçələrində aparılan cari və əsaslı təmir işləri ilə yerində tanış olmuşlar.





























