Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid adına olan küçələrə baxış keçirib
Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər aparılır. Rayonun bütün ərazilərində şəhid adına olan küçələr Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəli şəkildə asfaltlanır.
08 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi və bələdiyyə sədri Boradigah qəsəbəsində şəhid İnqilab Nağıyev və Fərasət Paşayev adına olan küçələrə baxış keçirmişlər. Ərazi nümayəndələyinin təşəbbüsü ilə Fərasət Paşayev adına olan küçə 600 metr məsafədə qreyderlə hamarlanmışdır.
Qeyd edirik ki, yaxın zamanlarda şəhid İnqilab Nağıyev və Fərasət Paşayev adına olan küçələrə asfalt örtüyünün döşənməsi nəzərdə tutulur.


