Məhəbbət, etibar, sədaqətin rəmzi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Məhəbbət, etibar, sədaqətin rəmzi

    Məhəbbət, etibar, sədaqətin rəmzi


    Heç kim unudulmur, heç nə yaddan çıxmır
    Məhəbbət, etibar, sədaqətin rəmzi
    63 il həsir üstə yatan ana

    Müharibə, cəbhə, döyüş, səngər sözləri qan qoxuyur, ürəklərə təlatüm, baxışlara intizar, insanlara bəla, müsibət gətirir. İllərlə könül verib sevdiyini bir andaca itirmək iki gəncin faciəsidir. Çinar boylu, cəngavər timsallı ərənlər cəbhəyə getdi, qayıtmadılar. Əvəzində taleyini qara göstərən “qara kağız”lar evlərə tökülmüşdü. O kağızlar açılanda anaların, bacıların, saçları şəvə kimi qara gəlinlərin qara saatları, qara günləri başlayırdı. Başına döyüb oğul, ata, qardaş, dayı, əmi deyib ağlayanların səsi, fəryadı səmaya bülənd olurdu ki, göz yaşları çaya, dənizə dönürdü.
    Gəlinlər vardı sevgisini, sədaqətini, etibarını, ağrı-acısını, dərd-sərini axar sulara danışırdı. Saçının birini ağ, birini qara hörüb ümidlə yaşayanlar az olmadı. Yadigarlarını böyütmək üçün möhtəkirlərdən, yad baxışlardan gizlənə-gizlənə, bütün məşəqqətlərə dözə-dözə ömrünü şam kimi əritdü. Belələrinin taleyi həmişə ürəkdağlayan olub el-oba üçün, cəmiyyət üçün.

    Müharibənin bütün ağrılarını görən, həyata göz yumana kimi ömür-gün dostunun yolunu gözləyən, kirpiyi ilə od götürən, dörd yadigarını boya-başa çatdıran, Nəcəf gələnə kimi yorğan-döşək bilməyib həsir üstə yatan, xanımlığın bütün şirinliyindən məhrum olan Feyzə Əliyevanın həyatına bütün Mahmudavar əhli şahid olmuşdur.    
     Mahmudavarın bu günkü gəncləri 1941-1945-ci illərin Vətən müharibəsində Feyzə ananın məşəqqətli həyatını valideynlərindən eşidiblər.

    Kəndin o illərdə yaşayan ziyalı- ağsaqqallarından olan mərhum Əbdülrza Əhmədov söyləyirdi ki, Feyzə xanımın nağılvari ömrü dildən-dilə düşərək bu günlərimizə gəlib çatıb. 

    Kəndin zəhmətkeş kişilərindən olan Nəcəf  Əliyev müharibəyə gedəndə sevib-seçdiyi Feyzə xanımın  ümidinə 4 övlad qoydu. O, yola düşəndə, çox çətindir, Feyzə. Bilmirəm bu ailəni necə dolandırarsan.  
    Göz yaşlarını yaylığı ilə silən gəlin, Nəcəf, mən bu uşaqları sən gələnə kimi böyüdəcəm. Amma Nəcəf, bil ki, döşəməsi torpaqdan olan otağın ortasında sərdiyimiz bu həsir sən gələnə kimi mənim döşəyim olacaq. Canımın ağrı-acısı onda çıxacaq ki, sən davadan sağ-salamat qayıdacaqsan. 

    Nəcəf bərk kövrəldi, balalarını bir-bir qucaqlayıb öpdü. Hamısına tapşırdı ki, analarının sözünə baxsınlar, mən gələnə kimi onu göz bəbəyi kimi qorusunlar. Həyətimiz böyükdür, onun əkilib-becərilməsində anaya kömək edərsiniz. 

    Onda 1941-ci ilin payızı idi. Nəcəf sonuncu dəfə həyət-bacanı həsrətlə seyr etdi. Eyvanda sıralanıb bir-birinə qısılan balalarının ən böyüyünün 12 yaşı vardı. Oğlu Baxşəlinin böyüməsi ona təsəlli verirdi. 

    Feyzə də onu elədi ki, Nəcəfin yadigarlarını əsən küləkdən, yağan yağışdan, qışın çovğunundan, yayın istisindən qorudu. Gecə-gündüz bilmədi. Onları qayğısına büküb bələdi. Ərinin iyini balalarından aldı. Onlara həyatı, çörək qazanmağı öyrətdi. Hətta heç birini təhsilsiz qoymadı. Məktəbə yamaqlı, tər-təmiz paltarla yola salardı. Kolxozun bütün işlərində çalışardı ki, heç kimə möhtac olmasın. 
    İnsan var olub yaşayan ölümə məhkumdur, inanmırdı ərinin qara kağızına, bütün acılı-şirinli ömrünü Nəcəflə bölürdü. Hər gün ona hesabat verirdi: Baxşəli artıq kolxoz işinə yarayır. Fətəli, Eynəli, çox sevdiyin Şahnisə məktəbə gedirlər. 

    ...Ailənin uğurlu çağları başlanırdı. Feyzə hər gün şavaq vaxtı çardağa çıxıb  dağlara tərəf baxaraq Nəcəflə danışardı. Nəcəf, ailəni niyə unudubsan. Baxşəlini evləndirdim. Təmtəraqlı olmasa da azacıq şənləndik. Səni çox gözlədim... Nəcəf, gözün aydın , dünyaya nəvən gəldi. İstədilər sənin adını qoysunlar, qoymadım. Çünki kimsə ona zarafatla da olsa xoşagəlməz söz deyəndə xətrimə dəyər.

    ...Nəcəf Şahnisəni də köçürtdüm. 
     Aramızda olmayan bircə sənsən. Sən də ki, ürəyimizin ən dərin, gözəl guşəsindəsən. Sənsiz ürəkdən gülə bilmirik, hər birimizin gözümüzdə sənsizlik kədəri var.
    ...Baxşəli, Eynəli, Fətəli yaşa dolduqca fikirləşirdilər ki, anamız nəyə görə quru həsirin üstündə yatır, axı kifayət qədər yorğan-döşəyimiz var.Bir dəfə yığışıb bunun səbəbini soruşdular. Feyzə doluxsunub balalarını qucaqladı.
    -Atanızı çox sevirdim. Çox gözəl, zəhmətkeş, ailəcanlı insan idi. Çətin günlərimizdə məni darıxmağa qoymazdı, ürək-dirək verib deyərdi ki, narahat olma, bu çətin günlər tezliklə ötəcək, evimiz-eşiyimiz də olacaq. Elə də oldu. Ev tikduik, ailə vəziyyətimiz yoluna düşdü.Bir gün evə gələndə gözlərində bir dərin kədər hiss etdim. Üzünə diqqətlə baxdım. Bunu hiss etdi, - uşaqları da çağır bir az çörək yeyək. Qollarım boşaldı, qab-qaşıq yerə düşüb çilikləndi. Nəcəf yeyə-yeyə nəzərləri ilə bizi süzürdü. Yeməkdən sonra dedi ki, get təzə paltarlarımı gətir. Başa düşdüm ki, atanız müharibəyə gedir. Yoxsa təzə paltarlarını neynirdi. Qonum-qonşular da yığışdı başımıza. Son dəqiqədə sizləri öpüb oxşadı, ananızı incitməyəsiniz, dedi. Mən isə başqa halda idim, əl verib mənimlə də görüşdü. Mən ev üçün təzə toxuduğum həsiri gətirib otağa sərdim. Dedim ki, Nəcəf, sən gələnə kimi bu həsir mənim yorğan-döşəyim olacaq. Sənə olan hörmətim, sədaqətim, əhdi-peymanım son nəfəsimə kimi davam edəcək. 

    ...Bir gün evin ən kiçiyi olan Fətəli özünü xəstəliyə vurdu. Ana, gəl yanıma, yorğanı çək üstümüzə, məni bərk-bərk qucaqla, sağalaram. Feyzə ana başa düşdü ki, oğlu yalan danışır, onu yorğan-döşəkdə yatızdırmaq istəyir.  Odur ki, həsir üstündə oturub oğlunun kürəklərini ovmağa başladı...
    Müharibədən illər keçdi. Yüzlərlə azərbaycanlı kimi Nəcəfdən də yalnız qara kağız yadigar qaldı. Bir gün balalarını çağırıb, daha atanız gəlməyəcək, mən də son günlərimi yaşayıram. Tanrı mənə uzun və sağlam ömrü Nəcəfin yadigarlarını böyüdüb ərsəyə çatdırmaq üçün veribmiş. Şükür ki, bunu həyata keçirməklə ona olan əhdi-peymanıma sadiq qaldım. İndi isə sizdən xahiş edirəm, son nəfəsimə kimi mənim altıma döşək qoyub, üstümə yorğan örtməyəsiniz. Yoxsa bu vəfasızlıq onun ruhuna toxunar. 

    Feyzə ana 10-15 gün həsir döşəyində xəstə yatdı. Qonşuları, yaxınları çox israr etsələr də oğulları ana vəsiyyətini sındırmadılar. 

    Nəcəfin vəfalı ömür-gün yoldaşı yalnız ruhu bədənindən çıxandan sonra rahat yorğan döşəyə qoyuldu. 
    Deyirlər dünyaya vida edəndə üç dəfə Nəcəfi çağırıb və gözlərini əbədi yumub. 

    Kənddə hamı bu ananın xətir-hörmətini saxlayırdı. Bir sözü iki olmazdı. 103 il yaşamışdı Feyzə ana. Bu ömrün də 63 ilini Nəcəfsiz – həsir üstündə yatmışdı.  Arada balaları yığışıb ana, qonşu var, hampa var desələr də ananı fikrindən daşındırmaq olmamışdı. 

    Böyük oğlu Baxşəli demişdi ki, ana, atamız gedib, yurdunda üç oğlu işıq yandırır, hər birimizin də bir çətən külfəti var. Bizə isə müharibədə şücaət göstərib qəhrəmanlıqla həlak olan atamızla fəxr etmək qalır. 
    Bu gün məzarlığa gedən hər bir mahmudavarlı ananın baş daşını oxşayır , halal olsun, Feyzə ana, sən məhəbbətin, vəfa və etibarın rəmzisən söyləyir. 
    Əziz oxucu, Feyzə ananın bu məşəqqətli, nağılvari həyatını yazdıq ki, gənc qız və analarımız oxuyub, ibrət götürsünlər. Bundan Feyzə anamızın da ruhu şad olar.

                                 


    Həsənağa ƏLİ MURTUZA.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    2. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    3. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    4. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    5. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    6. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    7. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    8. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    9. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    10. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    11. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    12. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    13. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    14. 10:55 27 Sentyabr – Anım Günü
    15. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    16. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    17. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    18. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    19. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    20. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    21. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    22. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    23. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    24. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    25. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    26. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    27. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    28. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    29. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    30. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    31. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    32. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    33. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    34. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    35. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    36. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    37. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    38. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    39. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    40. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ