BMT Təhlükəsizlik Şuranın qəbul etdiyi   4 qətnamənin icrasına göstərilən laqeydliklər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » BMT Təhlükəsizlik Şuranın qəbul etdiyi   4 qətnamənin icrasına göstərilən laqeydliklər

    BMT Təhlükəsizlik Şuranın qəbul etdiyi   4 qətnamənin icrasına göstərilən laqeydliklər

                     
    Hər birimizə yaxşı məlumdur ki, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar müharibə apararaq BMT üzvü olan dövlətin ərazisinin ilhaqını davam etdirməsi nəticəsində, ölkəmizin ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycanın işğal olunmuş ərazilərində 1 milyondan çox əhali öz torpağında qaçqın vəziyyətinə düşdü. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı.      
             
     Belə bir sual meydana çıxır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasının səbələri hansılardır?  Və ya BMT-nin 4 qətnaməsinin ömrü nə qədərdir?  Bir vətəndaş kimi BMT-nin bu 4 qətnaməsini nəzərdən keçirək. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir.  Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir.
             
    Hər birimizə yaxşı məlumdur ki , Qətnaməni BMT Təhlükəsizlik Şurası qəbul etsədə Azərbaycan  4 qətnamənin  icrasını özü təmin etdi.   4 qətnamənin  icrası  27 il uzadılsada Azərbaycan öz haqq və ədalətinin bərpasını 44 günə icra etdi. Bir sözlə 4-ə 44 lə cavab vermiş olduq.  Bütün bu illər ərzində erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib.  Bir başa Azərbaycana və onun xalqına qarşı edilən ədalətsizliyə qarşı göz yumaraq ,görməzdən gəlib. Kağız üzərində öz “ədalət” prinsiplərini nümayiş edən BMT Təhlükəsizlik Şurası  vaxtı və məsələnin uzadaraq heç bir əməli iş ortaya qoymadı. 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu.
             
     BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı qətnaməsində Ermənistan və Azərbaycan arasında yaranan gərginlikdən, Azərbaycan ərazilərinin işğal edilməsindən narahatlıq ifadə edilir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiq olunsada bu gərginlikləri aradan qaldırmaq üçün heç bir ciddi səy göstərmədi.
             
     1993-cü il noyabrın 11-də qəbul etdiyi 884 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan  edirdi.
             
    BMT TŞ-nın Azərbaycanla bağlı 4 qətnaməsinin heç birində Ermənistan Respublikası işğalçı dövlət kimi göstərilməyib.  Azərbaycan ərazilərinin işğal olunması  və işğal olunmuş ərazilərin dərhal azad olunması qeyd olunsa da, işğalçı kimi Ermənistan Respublikası deyil, yerli ermənilər, yəni Dağlıq Qarabağda yaşayan ermənilər göstərilir. Qətnamələrin əksər hissələrində isə “işğalçı” termini konkret deyil, mücərrəd şəkildə işlədilir. Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən bu qətnamələrin müddəalarına riayət edilməsinə öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırış edirlər. Bütün bu qətnamələr yerli, etnik ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunmasına, Azərbaycanın dövlət sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməsinə çağırır. Bunula yanaşı bu qətnamələr işğal faktını tanımır, Ermənistanı işğalçı adlandırmır, işğalı qınamır və işğalçını cəzalandırmaq və onun qurbanın pozulmuş hüqularının bərpası üçün heç bir sanksiyanı nəzərdə tutmur... 822-ci qətnamədə Dağlıq Qarabağ tamamilə unudulub... 853-cü qətnamədə Ağdam rayonun işğalı pislənsə də, hansı qüvvə tərəfində işğal olunduğu qeyri müəyyən qalır..874 və 884 – cü qətnamələrdə bizim sevincimizə, ermənilərin isə kədərinə səbəb olan Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasının qeyd olunmasını Azərbaycan diplomatiyaının uğuru hesab etmək olar.
               
    BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması haqqında gəlişi gözəl sözlər gen-bol işlədilməsinə baxmayaraq Azərbaycan əleyhinə düşünülmüş gizli bir riyakarlıq özünü büruzə verir.  BMT Təhlükəsizlik Şurasının üzvləri olan, həm də sonradan ATƏT-in Minsk qrupunda danışıqlara vasitəşilik etmiş Rusiya, Fransa, ABŞ işğalçının Ermənistan olduğunu çox yaxşı bilə-bilə qətnamələrdə Ermənistanı işğalçı kimi göstərməmələri onların problemin həllində maraqlı olmadıqlarını sübut edir. Qətnamələr qəbul olunduğu dövrdə əsrin sazişi imzalanmadığından İngiltərənin bu məsələdə maraqlı olmaması, ÇXR –in isə bu dövrdə cənubi Qafqazla bağlı aydın siyasətinin olmaması qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi göstərilməməsinə şərait yaratdı. O zaman  bu məsələdə Rusiya və Fransanın xüsusi canfəşanlıq etməsi   qətnamələrdə əsil işğalçının göstərilməməsi ilə nəticələndi.
               
    Müzəffər Ali baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı  44 günlük müharibədəki şanlı qələbəsi və 2023-cü ilin 19 sentyabrında yüksək səviyyədə  qısa müddətli həyata keçirilmiş anti-terror əməliyyatı  ilə   beynəlxalq güclərin Azərbaycana qarşı həyata keçirmək istədikləri bütün təxribatlara, riyakarlıqlara son qoyuldu.  Azərbaycan dövləti və xalqı bütün dünyaya göstərdi ki, bizlər haqq və ədaləti həm yazan və həm də icra edənlərik.
     


               
    Dilgüşə Məmmədova,
    Masallı Tarix Diyarşünaslıq Muzeyinin elmi işçisi 
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    2. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    3. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    4. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    5. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    6. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    7. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    8. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    9. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    11. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    12. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    13. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    14. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    15. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    16. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    17. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    18. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    19. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    20. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    21. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    23. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    24. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    25. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    26. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    27. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    29. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    30. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    31. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    32. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    33. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    34. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    35. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    37. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    38. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    39. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    40. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ