Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
- Bu gün, 19:34
- Maraqlı
- 0
- 68
19 fevral 2026-cı il tarixdə Masallı rayonu Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, erkən nikaha cəlb olunma hallarının qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi polis-polkovniki Azay Ağayev, Polis şöbəsinin rəis müavini İxtiyar Talıbov, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektonun müdiri Abbas Abbaszadə, Lənkəran Astara Regional Təhsil idarəsinin Masallı rayon üzrə Təhsil sektorunun müdiri Elman Rzayev, ərazidə yerləşən ümumtəhsil məktəblərinin müəllim, şagird kollektivi və valideynlər iştirak etmişdilər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Polis şöbəsinin rəisi polis-polkovniki Azay Ağayev, Lənkəran Astara Regional Təhsil idarəsinin Masallı rayon üzrə Təhsil sektorunun müdiri Elman Rzayev çıxış edərək gənclər arasında narkomanlığın qarşısının alınması, şagirdlərin qadağan olunmuş əşyaları (kəsici və deşici alətlər, təhlükəli, zəhərli və tez alışan maddələr, kibrit və alışqanlar, siqaret, elektron siqaret, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi qadağan olunmuş maddələr) məktəbə gətirməmələri, şagirdlər üçün Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nikaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar, maarifləndirici çıxışlar etmişlər və əlavə olaraq Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparmışlar.
Daha sonra şagirdlərin sualları cavablandırılıb.



































