Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
- 18-12-2025, 20:12
- Maraqlı
- 0
- 163

18 dekabr 2025-ci il tarixdə Masallı rayonu Ə. Bəylərbəyov adına Xıl kənd tam orta ümumtəhsil məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəis müavini İxtiyar Talıbov, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə və Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev şagirdlər üçün Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar, gənclər arasında narkomanlığın qarşısının alınması mövzusunda maarifləndirici çıxışlar etmişlər və əlavə olaraq Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər aparmışlar.
Sonda şagirdlərin sualları cavablandırılıb.


































