Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
04 mart 2026-cı il tarixdə Hişkədərə ərazisində keçirilən vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi ilə tikintisinə başlanılan mərasim evində görülən işlərlə yerində tanış olub.Baxış zamanı başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdir vəzifəsini müvəqqəti icra edən Zamin Kazımov, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlər iştirak ediblər.
Rayon rəhbəri tikintinin qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
































