8 Mart və Heydər Əliyevin qadın siyasəti
- Dünən, 16:41
- Maraqlı
- 0
- 105

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda xüsusi ehtiramla qeyd olunur. Bu bayramın dövlət səviyyəsində yüksək dəyər qazanması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınların cəmiyyətin aparıcı qüvvəsi olduğunu daim vurğulayır və onların hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi.
Heydər Əliyevin rəhbərliyi dövründə qadınların dövlət idarəçiliyində, parlamentdə, elm və təhsil sahəsində təmsilçiliyi artmışdır. Qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların fəal ictimai həyata cəlb olunması üçün mühüm qərarlar qəbul edilmişdir. Bu siyasət nəticəsində Azərbaycan qadını öz bacarığını və potensialını daha geniş şəkildə nümayiş etdirmək imkanı qazanmışdır.
Ümummilli Lider çıxışlarında Azərbaycan qadınının ailə dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində böyük rol oynadığını xüsusi qeyd edirdi. Onun fikrincə, güclü dövlətin təməli sağlam və savadlı ana obrazı ilə başlayır.
Bu gün 8 Mart münasibətilə qadınlara göstərilən diqqət və qayğı Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamıdır. Azərbaycan qadını həm ailədə, həm də cəmiyyətdə öz layiqli yerini tutaraq ölkənin inkişafına töhfə verməkdə davam edir.
Əsgərova Ramilə,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı





























