Masallıda “Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” adlı tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” adlı tədbir

    Masallıda “Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” adlı tədbir

    07 mart 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil olunmuş “Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” adlı tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qeyd etmişdir ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hər tərəfli fəaliyyətinə geniş meydan verirdi, lider qadınlar yetişdirirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarında məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Ulu öndər qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

    Dövlət Qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır.  
    Daha sonra rayon rəhbəri çıxışında bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qadın kadrların önə çəkilməsi, qadın siyasətinin dəstəklənməsi, həmçinin gender bərabərliyi məsələləri daim diqqət mərkəzində saxlanılır.

    Belə ki, rayon əhalisinin 49.5%-ni qadınların təşkil etdiyi Masallı rayonunda qadın siyasətinin dəstəklənməsi hər sahədə hiss olunur. Bu gün rayonumuzda Dövlət qulluqçularının 12.6 % (215 nəfərin 27-si), Təhsil sahəsində çalışanların 63.2% (2468 nəfərin 1559-u), Səhiyyə sahəsində çalışanların 70% (855 nəfərin 598-i), və Mədəniyyət sahəsində çalışanların 67%-ni (315 nəfərin 211-i) qadınlar təşkil edir. Rayon üzrə qadın idmançılarımızın sayı isə 84 nəfərdir.

    Qadınların önə çəkilməsi yerli özünüidarəetmə orqanlarında da hiss olunur. Belə ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və bələdiyyələrdə çalışan qadınların sayında da ciddi artım müşahidə olunmaqdadır. Hazırda ərazi idarəetmədə  çalışanların 28%-ni (153 nəfərin 43-ü), bələdiyyə orqanlarında çalışanların isə 39%-ni (232 nəfərin 90-ı) qadınlar təşkil edir.

    Qadınlarımız həmçinin partiya sıralarında da fəal təmsil olunurlar və bu hal getdikcə artmaqdadır. Bu gün Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının 10893 partiya üzvündən 3702 ( 34%) nəfərini qadınlar təşkil edir.
    Tədbirdə çıxış edən fəal qadınlar ölkədə və rayonumuzda qadınlara daim diqqət və qayğının olduğunu qeyd edərək respublikaımızın bütün sahələrində qadınlara xüsusi önəm verildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

    Sonda Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov tərəfindən tədbir iştirakçılarına gül və hədiyyələr təqdim edilmişdir.
















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ