Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026

Masallıda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
04 mart 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Masallı rayonunun Hişkədərə kəndində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında 50 ədəd müxtəlif növ ağac əkilmişdir.


































